"Barselona" komandası Bakıda
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Sabah"la UEFA Çempionlar Liqasının oyununda üz-üzə gələcək İspaniyanın "Barselona" komandası Bakıya gəlib.
Axar.az Report-a istinadən xəbər verir ki, İspaniya təmsilçisi Bakıya səfəri çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Son ölkə çempionunun baş məşqçisi Hans-Diter Flik dörd futbolçu - Rodri, Xavi Espart, Andreas Kristensen və Lamin Yamalın xidmətindən yararlana bilməyəcək.
"Barselona"nın Bakıya gətirdiyi futbolçular: Joan Qarsiya, Juan Kanselu, Alexandro Balde, Brayan Farinyas, Pau Kubarsi, Qavi, Fermin Lopes, Pedri, Qabriel Jezus, Rafinya, Voytsex Şesnı, Karim Adeyemi, Entoni Qordon, Jerar Martin, Dani Olmo, Frenki de Yonq, Mark Bernal, Jül Kunde, Erik Qarsiya, Dominik Livakoviç, Cessi Bisivu, Aleks Kampos.
Xatırladaq ki, Liqa mərhələsinin V turunun "Sabah" - "Barselona" matçı noyabrın 25-də, saat 21:45-də start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 23 Noyabr 2026 21:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















