Icma.az
close
up
RU
"Bunu sizə bağışlamaram" Hikmət Sabiroğludan Arayikgilin məhkəməsində TƏSİRLİ ÇIXIŞ

"Bunu sizə bağışlamaram" Hikmət Sabiroğludan Arayikgilin məhkəməsində TƏSİRLİ ÇIXIŞ

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Tanınmış jurnalist Hikmət Sabiroğlu Azərbaycana qarşı ağır cinayətlər törətməkdə təqsirləndirilən separatçılar Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutunyan, David İşxanyan, David Babayan, Levon Mnasakanyan, David Manukyan və başqalarının Bakıda keçirilən mühakiməsində zərərçəkən kimi ifadə verib.

Bir müddətdir Bakı Hərbi Məhkəməsində davam etdirilən prosesdə aprelin 24-ü Azərbaycana qarşı ağır cinayətlərin Şuşa mərhələsi tədqiq olunub. Hikmət Sabiroğlu məhkəmədə həmin gün çıxış edib.

Bakupost.az xəbər verir ki, aprelin 25-də Medianews.az saytına açıqlamasında Hikmət Sabiroğlu məhkəmə prosesində verdiyi ifadədən danışıb:

“Dedim Şuşadakı dədə-baba evimizin 1992-ci il martın 14-də mərmiyə tuş gəlib kül olmasına görə zərərçəkən kimi tanınmışam, ibtidai istintaqa 2024-cü il aprelin 1-dəki ifadəmdə hər şeyi yerli-yataqlı danışmışam, məhkəmədə bunun üstünə gəlmirəm. Bildirdim ki: “Xalqın bunca faciəsi içində bir evin yanması zərər sayılmaz. 23 min şəhid verib Azərbaycan. Ailələr, şəhər və kəndlər yer üzündən silinib. Milyonların ömrü talan olunub”.

Ailəmizin çəkdiyinin yüz minlərlə ailənin müsibətinə oxşar olduğunu dedim: “Atam 1990-cı ilin yanvar faciəsində aldığı mənəvi sarsıntı nəticəsində insult keçirdi, il yarım əlləşsək də, onu tam ayaq üstə qoya bilmədik, 58 yaşında itirdik. Qarabağ avantürası olmasa, 20 Yanvar qırğını da olmazdı”.

Cibində qumbara gəzdirməyə vadar olmuş qardaşım Nazimin 1992-ci ilin yanvarında detonatorla ehtiyatsız davranıb ağır xəsarət aldığını, uzun müddət xəstəxana qapılarında qaldığımızı dedim.

Dedim evimiz dağılandan sonra altı nəfərlik ailə Bakıda bir otağa sığınmışdı, sonra da Şuşa əldən getdi.

Sonbeşik bacımın qaçqınlıq iztirabında xəstəlik tapıb 35 yaşında həyatdan getdiyini dedim.

Bunları danışdım, dedim, möhtərəm hakim, hamısının üstündən keçirəm, amma bir məqam var, onu bağışlamaram: “Anam Şuşa gedəndən sonra hər vaxt məndən bir şey soruşdu: Torpaqdan nə xəbər? Əvvəl bir evdə yaşayırdıq, hər axşam soruşurdu. Mən ailə qurub ayrılandan sonra hər gedəndə, qapını üzümə açan kimi soruşurdu. Anamın Ağdamdakı ata yurdu da işğal olunmuşdu. Savadlı qadın idi, hər gün qəzet oxuyurdu, bilirdi iş nə yerdədir, amma sanki məndən möcüzə, bir şad xəbər gözləyirdi”.

Dedim mən anama heç bir şad xəbər verə bilmədim: “2013-cü ildə yurd nisgili ilə vəfat etdi anam. Hər şeyin üstündən keçirəm, amma anamın nisgilli ölməsini bağışlamıram. Yüz minlərlə azərbaycanlı dünyadan belə nisgillə köçüb”.

Biz birtərəfli danışa bilmərik dedim: “Ermənistanda, Qarabağda, diaspor cameəsində üst-üstə min nəfər “miatsum”, “Arsax azadlıq hərəkatı” şüarları ilə qabağa düşüb on minləri bu işə qoşdu, yüz minlərin həyatını qaraltdı. Nə verdi onlar erməni xalqına? Yerevandakı “Yerablur” məzarlığını bəxş elədilər. Ermənistan o cür məzarlıqla doludur. Dağlıq Qarabağ ərazisi də. İndi sahibsiz qaldı o məzarlıqlar. Bunu bəxş elədilər erməni xalqına”.

Dedim Ermənistanın rusdilli mediasını hər gün izləyirəm, hərdən qarşıma talelər çıxır: “Baxıram bir erməni qadın. Ərini birinci Qarabağ müharibəsində itirib, oğlunu İkinci Qarabağ müharibəsində. Tək qalıb. O qadının göz yaşını bəxş elədilər erməni xalqına”.

Mühakimə olunanların çoxu qarabağlıdır. Dedim mən Şuşada, Dağlıq Qarabağ Muxtar Vilayətində doğulub böyümüşəm, əsgərliyimin il yarımı isə Ermənistanda keçib, Eçmiədzində qulluq eləmişəm: “Eçmiədzini qarış-qarış gəzmişəm. Dəfələrlə Yerevanda, Oktemberyanda (indiki Armavirdə), Masisdə olmuşam, amma Ermənistanın heç harasında Qarabağ ermənisindən yaxşı yaşayan bir erməni də görmədim. Gül kimi yaşayırdı Qarabağ ermənisi. Qaldırdılar o camaatı Azərbaycanın üstünə, bizim qanımızı tökdülər, o camaatı da zəlil elədilər”.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 25 Aprel 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri