"Hakim əleyhimizə işləyirdi" Okan Buruk
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda səfərdə “Sportinq”ə 1:3 hesabı ilə uduzan “Qalatasaray”ın baş məşqçisi Okan Buruk matçdan sonra fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, türkiyəli mütəxəssis "TRT Spor"a açıqlamasında komandasının oyunun böyük hissəsində üstün olduğunu bildirib.
“Erkən qol vurduq. Top da, oyun da bizdə idi. Qapımıza doğru heç gələ bilməyən rəqib var idi. Onları öz meydanına sıxışdırdıq. Hər şey yaxşı gedərkən asan qol buraxdıq. Qapımıza gələn ilk top qol oldu.İkinci hissənin başlanğıcı pis deyildi".
Okan Buruk hakim qərarlarından da narazılığını ifadə edib: “Verilən penalti bu səviyyədə olmamalıdır. Türkiyədə şikayət edirik. Bu norveçli hakimlə bağlı İstanbul təcrübəmiz də olmuşdu. Göstərmədiyi qırmızı vərəqə, olmayan penalti verməsi komandamızı oyundan saldı. Oyunçularımızın əsəbləri çox pozuldu. Hakim qərarları, bizə göstərdiyi sarı vərəqələr, rəqibə göstərmədikləri... Hər şeyi ilə əleyhimizə işləyirdi".
Baş məşqçi deyib ki, rəqibi 3:0 məğlub etmək gücündə olublar: "Çox rahat 3 xal ala bilərdik. Məni üzən budur. Gülə-gülə qalib gələ bilərdik. 3:0 da uda bilərdik. Çempionlar Liqasında belə fürsətlər asanlıqla yaranmır. 2:1-dən sonra qırıldıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 10 Sentyabr 2026 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















