Icma.az
close
up
RU
"İndiki dövrdə bir ali təhsil kifayət etmir" Ekspert

"İndiki dövrdə bir ali təhsil kifayət etmir" Ekspert

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məlum olduğu kimi, ali təhsilin bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas təsnifata əlavə edilib. Elm və təhsil nazirinin müavini İdris İsayev bildirib ki, “Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları” ixtisasları təsnifata əlavə olunub.

Bu yeniliyi şərh edən təhsil eksperti Nadir İsrafilov Bakupost.az -a bildirib ki, dünyada baş verən texnoloji dəyişikliklər və biznes münasibətlərində yaranan yeni şərait əmək bazarına da təsirsiz ötüşmür. Bu gün cərrahları yaxın gələcəkdə “tibbi robotlar operatoru”nun əvəz edəcəyi, sinoptikləri “ətraf mühitin bərpası üzrə mühəndis”lərin, təyyarə və helikopterlərdə pilotları robotların əvəzləyəcəyi barədə söhbətlər gedir. Artıq Avropadakı bəzi məktəblərdə robotlar müəllimlik etməyə başlayıb. Hansısa texnoloqların yaxın gələcəkdə ali məktəbi bitirən gənclərin əksəriyyətinin əsasən, kosmos və virtual reallıq sahələrinə maraq göstərəcəkləri barədə proqnozlar özünü doğruldur:


“Bu gün əmək bazarını tərk edən peşələrdən yeni peşələr yaranır. Yəni, hər şey yeniləndiyi kimi, peşələr də yenilənir. Dünyada rəqəmsallaşma sürətlə artır. İnformasiya texnologiyaları, rəqəmsallaşma ilə bağlı olan ixtisasların üstünlük təşkil edəcəyi gözlənilir. Gələcəyin ritmini müəyyən edəcək peşələrin bu gün daha çox texnologiyalar ilə bağlı peşələr olması, işlərin bir çoxunun avtomatik olaraq yerinə yetirilməsi ilə razılaşmalıyıq. Süni intellekt mühəndisləri, ekologiya ilə bağlı olan ixtisaslar gələcəkdə mühüm əhəmiyyət kəsb edəcək. Gələcəkdə proqram mühəndislərinə ciddi ehtiyac olacaq. Bir çox ixtisaslar ümumiyyətlə, sıradan çıxacaq. Müasir dövrün tələbi odur ki, bu gün insanlar ən azı beş ildən bir öz ixtisaslarını yeniləməlidirlər, buna məcburdurlar. Bir neçə ixtisas var ki, onun gələcəkdə daha populyar olmaq ehtimalı yüksəkdir”.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun sözlərinə görə, zaman özü yeni ixtisasları diktə edir. Ona görə də zamana uyğun ixtisasa yiyələnmək lazımdır:


“Dövrümüz çox sürətlə dəyişir. 50 il bundan qabaq ali təhsil almaq, yəni 5 il oxumaq 25-35 il ondan istifadə etməyə bəs edirdi. İndi isə öz ixtisasımızı ən azı 4-5 dəfə dəyişməliyik. Bir ali təhsil kifayət etmir. Dövrə, zamana uyğun ixtisasa, peşəyə yiyələnmək lazımdır. Bu doğurdan da çox ciddi bir məsələdir”.

Təhsil eksperti Elçin Əfəndi bildirib ki, gələcəyin ixtisasları informasiya texnologiyaları, təhlükəsizlik və ekologiya ilə bağlı olan ixtisaslardır. Gələcəkdə bu ixtisaslara və onlar üzrə mütəxəssilərə çox ehtiyac olacaq: “Kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi ixtisasları nəinki bu günün, gələcəyin ixtisaslarıdır. Bu ixtisaslara bu gün çox ehtiyac var, gələcəkdə də olacaq. Hazırda beynəlxalq arenada karyera quran azərbaycanlıların yarısından çoxu bu ixtisasa yiyələniblər. Azərbaycanda da bu mütəxəssislərə tələb hər il artır. Kompüter ixtisaslarını müxtəlif proqram və kurslarda hər nə qədər öyrənmək mümkün olsa da, sistemli təhsil üçün universitet mühiti vacibdir. Abuturiyentlər bu ixtisasın bakalavr pilləsini Azərbaycanın bir sıra ali təhsil müəssisələrində xarici universitetlərdən geri qalmayacaq səviyyədə oxuya bilirlər. Ancaq ali təhsil müəssisələrimizin heç birində gələcəyin ixtisasları sayılan yaşıl enerji və ekologiya ilə bağlı ixtisas yoxdur".


Sevinc,

BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 04 Dekabr 2024 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri