Icma.az
close
up
RU
"Kartdan karta" ənənəsi yığışdırılır: Alıcılar ödənişi necə edəcək?

"Kartdan karta" ənənəsi yığışdırılır: Alıcılar ödənişi necə edəcək?

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Vergi və istehlakçı hüquqlarının qorunması baxımından post-terminal cihazlarının fəaliyyət göstərməsi mühüm əhəmiyyət daşıyır.

Bakupost.az xəbər verir ki, bunu Nyus24.az-a açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova deyib.

O qeyd edib ki, cihazlarda nasazlığın baş verməsi və ya sahibkarın bilərəkdən istehlakçını aldatması, eləcə də ödənişi yalnız nağd şəkildə tələb etməsi qanunvericiliyin müddəalarına ziddir:

"Alqı-satqı əməliyyatları zamanı istehlakçı nəğd vəsaitin olmadığını bildirdikdə, bəzi hallarda ondan ödənişi birbaşa kart hesabına göndərməsi tələb olunur ki, bu da qanunvericiliyə uyğun olmayan bir praktika hesab olunur. Əgər istehlakçı ödənişi kart hesabına həyata keçirirsə, ona mütləq şəkildə kassa çeki və ya faktura təqdim edilməlidir. Həmin vəsait birbaşa satıcının və ya işçinin şəxsi hesabına deyil, rəsmi olaraq müəssisənin bank hesabına yönəldilməlidir".

Ekspert qanunvericiliyin tələblərinə əsasən, post-terminal və ya kassa aparatının olmaması, habelə vergi uçotunda olan şəxsin gəliri şəxsi kart hesabına köçürməsi nəzarətsiz ticarət fəaliyyəti kimi qiymətləndirildiyini və bu cür hallarda həm fiziki, həm də hüquqi şəxslər qanunvericilik qarşısında məsuliyyət daşıdığını bildirib.

Onun sözlərinə görə, kartdan-karta ödəniş və post-terminal vasitəsilə aparılan ödənişlər bəzən sahibkarlar üçün əlavə inzibati və maliyyə yükü yaradır:

"Qanunvericilikdə istənilən ticari fəaliyyətin vergi yükünə cəlb olunması nəzərdə tutulsa da, bu mexanizmin dövriyyə əsasında diferensiallaşdırılması daha məqsədəuyğun hesab oluna bilər. Post-terminal cihazlarının quraşdırılması qanunvericiliklə tələb olunsa da, kiçik sahibkarlar üçün bu xərclər tez-tez mənfəəti aşır və iqtisadi səmərəsizlik yaradır. Məsələn, istehlakçı 1 manat dəyərində məhsul alarkən ödənişi post-terminal vasitəsilə həyata keçirmək istədikdə, əldə edilən mənfəətin əhəmiyyətli hissəsi komissiya və vergi xərclərinə yönəlir və nəticədə sahibkara xalis gəlir qalmır".

İqtisadçı vurğulayıb ki, bu baxımdan, qanunvericiliyə dəyişiklik edilməklə 5 manat və daha aşağı dəyərdə olan məhsulların satışının vergiyə cəlb edilməməsi, bu tip ödənişlərin nağd şəkildə həyata keçirilməsinə icazə verilməsi, yaxud kiçik sahibkarlar üçün post-terminal cihazlarının daha əlverişli şərtlərlə təqdim olunması zəruri görünür:

"Mövcud iqtisadi durğunluq, alıcılıq qabiliyyətinin aşağı düşməsi, pul kütləsinin dövriyyə sürətinin azalması, geosiyasi risklər və likvidlik çatışmazlığı fonunda kiçik sahibkarların fəaliyyət imkanları ciddi şəkildə məhdudlaşıb. Nəticədə bir çox kiçik sahibkar fəaliyyətini dayandıraraq ölkəni tərk etmiş və xarici əmək bazarında potensial işçi qüvvəsinə çevrilmişdir. Bu reallıqlar fonunda mövcud tənzimləyici mexanizmlərin ya ləğv edilməsi, ya da onlara güzəştlərin tətbiqi aktuallıq kəsb edir"- deyə o əlavə edib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 08 İyul 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri