Icma.az
close
up
RU
"Kartımdan 30 manat oğurlayıblar" "Kapital Bank"a fırıldaqçılıq ittihamı VİDEO

"Kartımdan 30 manat oğurlayıblar" "Kapital Bank"a fırıldaqçılıq ittihamı VİDEO

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


BirBank istifadəçiləri kartlarından icazəsiz olaraq, müəyyən məbləğlərin çıxarılmasından şikayət edir, "Kapital Bank"ı fırıldaqçılıqda günahlandırırlar.

Bakupost.az xəbər verir ki, təkcə son günlər bununla bağlı sosial şəbəkələrdə bir neçə video paylaşılıb.

Videolardan birində BirBank müştərisi bildirir ki, kartından 30 manat pul çıxılıb:

“Yanvarın 10-da kartımın balansından 30 manat çıxılıb. "Kapital Bank"a zəng etdim, dedilər ki, guya "BakuKart"dan istifadə edirəm, buna görə səhvən “BakuBus” üçün kartıma 30 manat kəşbek vurublar. Ancaq mən BirBank kartımdan 1 dəfə də olsun, BakıKart üçün istifadə etməmişəm. Bunu onlara bildirənd bankın əməkdaşı dedi ki, ola bilməz. Əgər kart mənimdirsə, mən bilirəm ki, bundan istifadə etməmişəm. Niyə mənim kartımdan 30 manat çəkirsiniz? Hətta mənə bildirirlər ki, səhvən "Kapital Bank" sizə kəşbekləri geri qaytarıb. Tutalım ki, mən BakıKart üçün istifadə etmişəm. Kəşbek mənə məxsusdursa, bu kart mənimdirsə, niyə Kapital Bank mənim kəşbekimi özünə çəkir?"

Şikayətçi əlavə edib ki, bu halla bankın başqa müştəriləri də üzləşib:

“Tək mən deyiləm. 10 milyondan çox əhali var, yoxdursa, 9 milyon "Kapital Bank" istifadəçisi var. Bunların hər birindən 1 manatdan çəkəndə 9 milyondan çox pul edir. 10 manat, 20 manat çəkiləni var. Mənim kartımdan 30 manat çəkiblər. Sual verirəm ki, siz mənim kartıma nə vaxt o 30 manatı vurmusunuz ki, indi o pulu oradan çəkirsiniz? Çalışın, diqqətli olun. Belə şeylərə aldanmayın. Yığışdırın bu fırıldaqçılığı.”

Məsələ ilə bağlı "Kapital Bank"ın Marketinq Departamentinin rəhbəri Günel Fərzəliyeva Bakupost.az -a açıqlamasında bildirdi ki, hazırda həmin şikayət araşdırılır:

“Hal-hazırda bankda o vətəndaşın şikayətinə baxılır. Ona görə də sizə açıqlama verə bilmərəm. Biz gərək şikayəti ətraflı araşdıraq”.

"Kapital Bank"ın mətbuat katibi Arzu Əliyeva isə Bakupost.az-ın sorğusuna cavab olaraq bildirdi ki, məsələ araşdırılandan sonra məlumat veriləcək.

@avto_605zerkalni

Diqqətli olun!

♬ original sound - PUBG MOBİLE

Lalə, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 13 Yanvar 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see375

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see143

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri