"Kölgə" ləqəbli şəxs HƏMASın yeni lideri oldu
Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
HƏMAS-ın silahlı qanadının - "İzzəddin əl-Qəssam Briqadaları"nın rəhbəri Məhəmməd Sinvar hərakatın Qəzza zolağındakı yeni lideri olub.
Bakupost.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.
Xəbərə görə, Məhəmməd Sinvar 2024-cü ilin oktyabrında vəfat edən HƏMAS lideri Yəhya Sinvarın kiçik qardaşıdır. Nəşrin həmsöhbətləri qeyd ediblər ki, 2023-cü ilin oktyabr ayından İsrailin Fələstin anklavında apardığı hərbi əməliyyatı nəticəsində HƏMAS-ın döyüş imkanları ciddi şəkildə zədələnib:
"Hərəkatın yeni rəhbəri Məhəmməd Sinvar qrupun canlandırılması üçün fəal səylər göstərir".
Onların sözlərinə görə, Yəhya Sinvarın qətlindən sonra Qətərdə yerləşən HƏMAS yeni lider seçməyib və kollektiv rəhbərliyə keçmək qərarına gəlib. Bundan sonra Qəzza zolağındakı yaraqlılar HƏMAS-A tabe olmaqdan imtina ediblər və indi Məhəmməd Sinvarın rəhbərlikliyi ilə “müstəqil” hərəkət edirlər. Onun 2024-cü ilin iyulunda İsrailin hücumu zamanı öldürülən hərəkatın silahlı qanadının rəhbəri Məhəmməd əl-Deyfə yaxın olduğu bildirilir.
Nəşrin məlumatına görə, Məhəmməd Sinvar çoxdan HƏMAS-a qoşulub. İndi onun təxminən 50 yaşı var. Böyük qardaşının fəaliyyəti onun baxışlarına çox təsir edib. Qəzetin mənbələrinə görə, Məhəmməd Sinvar uzun müddət İsrail kəşfiyyat xidmətlərindən gizlənməyi bacarıb və bunun üçün "Kölgə" ləqəbini alıb.
Zaur, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:220
Bu xəbər 13 Yanvar 2025 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















