Icma.az
close
up
RU
"Ölkənin tanınmış 5 6 estetik cərrahını kəsib atmazlar" Siyahıda adı olmayan t.f.d Mirsaleh Abdullayev

"Ölkənin tanınmış 5 6 estetik cərrahını kəsib atmazlar" Siyahıda adı olmayan t.f.d Mirsaleh Abdullayev

Medicina saytından alınan məlumata görə, Icma.az bildirir.


Səhiyyə Nazirliyinin uzun araşdırmasından sonra Azərbaycanda estetik cərrah kimi təsdiqlənən həkimlərinin siyahısında 15 ildir bu səhədə olan bir neçə tanınmış həkimin adının olmaması mövzunu yenidən alovlandırdı.

Maraqlı məqamlardan biri, adı siyahıda olan 2 həkimin: Əsmər Quliyeva və İsbat Səmədovun rezidentura dövründə müəllimi olmuş həkimin siyahıda olmamasıdır.

Mirsaleh Abdullayev Tədris-Cərrahiyyə klinikasında estetik cərrahiyyə şöbəsini yaradan və şöbəyə rəhbərlik edən cərrah olub. Hazırda özəl xəstəxanada çalışır.



“Medicina”az-a açıqlamasında Mirsaleh Abdullayev siyahıda adının olmamasına aydınlıq gətirib:

“Dövlətimizin qoyduğu qərar və yoxlamalara müsbət yanaşırıq, bu sahədə qeyri-peşəkarlar çox idi, həkim olmayanlara qarşı yaxşı addım idi. Amma ən azından ATU-nu 2011-ci ilə qədər bitirmiş kadrlara , hansı ki, o illərdə plastik cərrahiyyə üzrə rezidentlik yox idi, məsələn mən, Dilqəm dr, Ayaz dr, Orxan Abbaslıya ayrıca bir yanaşma olmalı idi. Bizə deyiblər ki, ikinci siyahı olacaq, burda yəqin ki, bizi nəzərə alacaqlar.

Bizim hər birimizin 40-45 yaşımız var, ömrümüzün yarısı gedib, 20 ildir estetik cərrahiyyədəyik, elmi töhfəmi də vermişəm, elmlər namizədiyəm, tələbə hazırlamışam. ATU Tədris Cərrahiyyə klinikasında plastik cərrahiyyə şöbəsini yaratmışam”.

Mirsaleh Abdullayev bildirib ki, bütün lazımi sənədləri verib, həmişə Təkmilləşdirmə İnstitutunda sertifikasiyadan keçib, yeganə səbəb rezidenturanı ümumi cərrah kimi bitirməsidir. Bunun da səbəbi o dövrdə ATU-da belə bir rezidenturanın olmaması idi.

“Bizim dövrümüzdə yalnız Həkimləri Təkmilləşmədə kurs keçmək, sertifikat almaqla fəaliyyət göstərmək mümkün idi. Biz qanuna, qaydaya uyğun hərəkət etmişik. Adı siyahıda olanların bir çoxu sonrakı illərdə bitirib, xaricdə uzmanlıq oxuyub gəlib. Onların şəraitləri, maddi imkanları olub, gediblər. Biz isə Azərbaycanda öz yolumuzla, öz gücümüzlə inkişaf etmişik. Bu sahəyə çox yeniliklər gətirmişəm. 2021-ci ilə qədər tələbələrə plastik estetik cərrahiyyə tədris etmişəm.

Xarici ölkələrdə Azərbaycan plastik cərrahiyyəsini təmsil etmişəm. Ölkədə az sayda həkimin etdiyi endoskopik üzgərmə əməliyyatını mən edirəm, xəstələr razı, işimlə bağlı narazılıq, şikayət yoxdur. Bunu hamı bilir.

Ona görə səbrlə gözləyirik. Siyahı çıxandan sonra heç kimə müraciət etmədim. Bizi bu şəkildə kəsib atmazlar. Bundan sonra mənim rezidenturaya qayıtmağım və ya başqa əməliyyat etməyim gecdir. Mən estetik cərrah kimi yetişmişəm.

Səhiyyə nazirimizdən ayrıca bir qərar, yanaşma olacağına ümidvaram. Ölkənin 5-6 adlı-sanlı plastik cərrahı var, onları da işsiz qoymazlar. Bu mütəxəssislərin ölkədən çıxmasına və ya başqa işlə məşğul olmasına səbəb ola bilər”.

Aygün Musayeva

MEDİCİNA.AZ


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 18 Aprel 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri