"Polşa Prezidentinin "binokl şousu”nda iştirak etməsindən təəssüflənirik" XİN
Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
Azərbaycan Xarici işlər Nazirliyi Ermənistan səfərdə olan Polşa Prezidenti Andjey Dudanın Azərbaycanla sərhədə gedərək Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının Polşadan olan heyəti ilə görüşməsinə münasibət bildirib.
Bakupost.az xəbər verir ki, bu barədə XİN-in “X” platformasındakı paylaşımında bildirilib.
“Azərbaycanın rəsmi olaraq "strateji tərəfdaşı" olan ölkə prezidentinin Azərbaycan və Polşa arasında münasibətlərin gərginləşməsinə səbəb olan qəbuledilməz diplomatik "binokl şousu”nda iştirak etməsindən çox təəssüflənirik. Azərbaycan bu qeyri-dost aksiyaya cavab olaraq müvafiq diplomatik tədbirlər görmək hüququnu özündə saxlayır.”, - məlumatda vurğulanıb.


S&P Azərbaycanın inflyasiya proqnozunu azaldıb
07 Dekabr 2024 09:51
Manatın dollara qarşı məzənnəsi… “S&P”
07 Dekabr 2024 17:33
“S&P” COP29un maliyyə uğurunu alqışlayır
18 Dekabr 2024 00:37
S&Pdən manatın məzənnəsi ilə bağlı PROQNOZ
07 Dekabr 2024 10:00
Polşa Prezidentinin binokl şousu”nda iştirak etməsindən təəssüflənirik XİN
27 Noyabr 2024 17:10

