Icma.az
close
up
RU
"Savadsız həkimlərin çıxdaş olması üçün güclü ekspertiza lazımdır" VİDEO

"Savadsız həkimlərin çıxdaş olması üçün güclü ekspertiza lazımdır" VİDEO

Icma.az, Medicina saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Ölkədə alternativ tibbi ekspertizanın olmaması vətəndaşlarla yanaşı həkimlərə də ciddi problem yaradır.

Medicina.az xəbər verir ki, məsələ ilə bağlı "Xəzər xəbər" ekspertlərdən açıqlama alıb.

Kolleqalarının yaşadığı problemləri dilə gətirən anestezioloq reanimatoloq Turanə Rəsulova deyir ki, həkim bəzən xəstəyə tam doğru tibbi müdaxilələr etsə də, gözlənilmədən ağırlaşmalar və ya ölüm halları ola bilər. Bu zaman məsələ xəstə və ya xəstə yaxınları tərəfindən məhkəməyə qədər gedib çıxır. Belə olan halda şəffaf, düzgün ekspert rəyinə ehtiyac yaranır:

"Həkimin işi və ya mövcud situasiya 5-10 il həmin sahədə çalışmış, güclü təcrübəsi, təhsili olan insanlar tərəfindən qiymətləndirilsə bu, hər kəsin qazanması deməkdir. Bu, həm də ona imkan verir ki, peşəkar həkimlər işlərini daha rahat, güvənli bir ortamda həyata keçirsinlər. Eyni zamanda qeyri-peşəkarlar, özlərini həkim kimi göstərənlər çıxdaş olsun".

Həkim deyir ki, məhkəmə tibbi ekspertləri ixtisaslaşmalı və xeyli təcrübələri olmalıdır.

Uzun illər hüquq-mühafizə orqanlarında çalışmış hüquqşünas Şamil Paşayev deyir ki, hüquq sahəsində çalışan hər kəs mövcud problemin fərqindədir. Onun sözlərinə görə, hazırda ekspertlərin sayı məhdud, kimlikləri də məlumdur:

"Azərbaycanda ekspertlərin gizliliyi qoruna bilmir. Rəyin altında onun adı, imzası, qurumun adı və s. qeyd olunur. 10 milyonluq ölkədə ekspertlərin kim olduğunu hər kəs bilir.

Düşünürəm ki, ekspertlərin sayını artırmaq lazımdır. Azərbaycanda tibb sahəsində 1000-2000 ekspert olmalıdır".

Ətraflı videoda:


Aygün

Medicina.az



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 18 Oktyabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri