Icma.az
close
up
RU
"Ustanın səhvinə görə kondisionersiz qaldıq" "Kontakt Home"dan daha bir şikayət

"Ustanın səhvinə görə kondisionersiz qaldıq" "Kontakt Home"dan daha bir şikayət

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Bakıda yaşayan Beyləqan sakini İbrahimov Rəşid Əli oğlu “Kontakt Home” mağazalar şəbəkəsinin 20 yanvar filialından aldığı kondisionerdə texniki nasazlıq olduğunu, problemin mağazanın serviz xidməti əməkdaşının səhlənkarlığı nəticəsində yarandığını iddia edir.

O, bu barədə Bakupost.az -a müraciətində bildirib.

Şikayətçinin sözlərinə görə, 2023-cü ildə “Kontakt Home”dan "Beko" markalı kondisioner alıb. Cihaz qısa müddət işlədikdən sonra sıradan çıxıb.

“Keçən il kondisioner işləmədiyinə görə mağazanın ustası gəlib baxış keçirdi. Lakin cihazın tutumunu nəzərə almadan ona normadan 2 dəfə çox qaz vurdu. Bu isə texniki baxımdan ciddi səhvdir və kondisionerin sıradan çıxmasına səbəb oldu”.

Rəşid İbrahimov bildirib ki, bir həftə ərzində dəfələrlə “Kontakt Home”a müraciət etsə də, heç bir nəticə əldə olunmayıb:

“Evdə 5 aylıq körpə var, istidən dayanmaq olmur. Amma “Kontakt Home”dan bildirirlər ki, guya barəmizdə “məhkəmə qətnaməsi var” və xərcləri biz ödəməliyik. Halbuki bu problem mağaza ustasının səhlənkarlığı səbəbilə baş verib və mən 500 AZN-dən çox maddi ziyana düşmüşəm”.

Şikayətçi əlavə edib ki, müraciət zamanı mağazanın əməkdaşlarından biri onunla kobud və hörmətsiz davranıb:

“Ən acınacaqlısı isə odur ki, "Kontakt Home" əməkdaşlarından biri müştəri ilə kobud və hörmətsiz davranıb, lakin mağaza bu barədə heç bir tədbir görməyib! Bu kimi halların təkrarlanmaması və digərlərinin də belə haqsızlıqla qarşılaşmaması üçün məsələni ictimaiyyətə çatdırıram. Hörmətli Kontakt Home, bu məsuliyyətsiz davranışınıza son verin və məsuliyyəti öz üzərinizə götürün!”

Məsələ ilə bağlı “Kontakt Home” mağazalar şəbəkəsinə ünvanladığımız sorğu cavabsız qaldı.


Lalə,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 05 Avqust 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see255

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see239

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see219

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see213

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see182

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see167

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see151

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see151

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see145

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see142

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see141

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see139

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see137

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri