Icma.az
close
up
RU
"Zəfərin 5 ci ili: Böyük Qayıdışın addımları" adlı fotomüsabiqə yekunlaşdı VİDEO

"Zəfərin 5 ci ili: Böyük Qayıdışın addımları" adlı fotomüsabiqə yekunlaşdı VİDEO

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Azərbaycan Fotoqrafları Birliyi (AFB) ilə keçirdiyi "Zəfərin 5-ci ili: Böyük Qayıdışın addımları" adlı beynəlxalq fotomüsabiqəyə yekun vurulub.


Bakupost.az xəbər verir ki, bu ilin aprel ayında elan edilən, 44 günlük Vətən müharibəsində və sonrakı bir günlük antiterror əməliyyatında rəşadətli ordumuzun qazandığı zəfərin nəticələrinə həsr olunan müsabiqəyə həvəskar və peşəkar fotoqraflar tərəfindən 400-dən çox fotoşəkil təqdim edilib.

Müsabiqənin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərini, sosial-iqtisadi inkişafı, Böyük Qayıdışın ilkin mərhələsinin gedişini, bölgənin mədəni, tarixi və təbii irsinin yenidən dirçəldilməsini vizual formada nümayiş etdirməkdən ibarət olub.

Müsabiqənin nəticələri paytaxtdakı "Qalereya-1969" sərgi salonunda keçirilən tədbirdə açıqlanıb. Tədbirdə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin rəsmiləri, deputatlar, mədəniyyət və incəsənət xadimləri, Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri və digər qonaqlar iştirak ediblər. Onlar əvvəlcə AFB-nin münsiflər heyətinin müsabiqənin yekun mərhələsi üçün seçdiyi 44 fotoşəkildən ibarət sərgiyə baxıblar. Sonra Böyük Qayıdışa dair I Dövlət Proqramı əsasında məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün aparılan məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri tədbirləri çərçivəsində fotoqrafların Qarabağa və Şərqi Zəngəzura infoturundan bəhs edən videoçarx nümayiş olunub.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, sərgidəki fotoşəkillər həm tarixi yaddaş, həm də gələcək nəsillər üçün vizual sənəd rolunu oynayır. Prezident İlham Əliyevin tapşırıqlarının və Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirildiyini bildirən komitə sədri peşəkar və həvəskar fotoqrafların Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı haqqında pozitiv mesajların yayılmasında fəal iştirakının təqdirəlayiq olduğunu deyib.

Tədbirdə Milli Məclisin sədr müavini Rafael Hüseynov və deputat Ceyhun Məmmədov çıxış edərək, Qarabağda və Şərqi Zəngəzurda torpaqlarımızın işğaldan azad edilməsini, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması ilə nəticələnən möhtəşəm Zəfərin qazanılmasını Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımız və müstəqil dövlətçiliyimiz qarşısında müstəsna xidməti kimi dəyərləndiriblər. Deputatlar fotomüsabiqənin təşkilini alqışlayaraq, Qarabağda və Şərqi Zəngəzurda sürətli yenidənqurma və bərpa işlərinin, Böyük Qayıdışın ilk addımlarının fotoyaddaşa köçürülməsinin tarixin ən gözəl səhifələrində yer alacığını vurğulayıblar.

Daha sonra Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, AFB-nin sədri Amira Süleymanova, AFB-nin üzvü Mirnaib Həsənov, Xalq artistləri Nurəddin Mehdixanlı və Əli Nur tədbirdə çıxış edərək, Böyük Qayıdış prosesinin sürətlə aparıldığı bir zamanda bu cür müsabiqələrin tez-tez təşkil edilməsini və ölkə başçısının tapşırığına uyğun olaraq görülən genişmiqyaslı bərpa-quruculuq işlərinin belə maraqlı üsul və vasitələrlə ictimaiyyətə təqdim edilməsini bəyənərək, müsabiqə iştirakçılarının yaradıcılığını dəyərləndirib, səgilənən fotoşəkillər haqqında təəssüratlarını bölüşüblər.

Münsiflər heyəti müsabiqəyə qatılan 40-dan çox iştirakçının elan olunmuş mövzulara və texniki parametrlərə uyğun gələn 44 fotosunu seçib. Bunların içərisindən 3 nəfər qalibə diplom və pul mükafatları, 20 nəfərə həvəsləndirici mükafatlar, digər iştirakçılara isə təşəkkürnamələr təqdim edilib. Müsabiqədə I yerə – İlham Mustafayev, II yerə – Rəsul Rəhimov, III yerə – Alp Ər-Tunqa Cabbarlı layiq görülüblər.

Tədbirin sonunda müsabiqə iştirakçıları ilə birgə xatirə fotoşəkli çəkilib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 29 İyul 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see276

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see237

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see208

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see197

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see186

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see180

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see166

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see161

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see160

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see154

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see153

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see151

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see144

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri