Icma.az
close
up
RU
Quran açmaqla insanın gələcəyi haqqında xəbər vermək böyük bir günahdır İlahiyyatçı

Quran açmaqla insanın gələcəyi haqqında xəbər vermək böyük bir günahdır İlahiyyatçı

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İnsanlar həmişə özü haqda məlumat öyrənməyə, başına gələn hadisəni inanclara bağlamağa meyilli olub. Bir çox dini inanclı insanlar buna görə molla yanına üz tutur, Quran açdırırlar. Lakin onlar unudur ki, İslamda falçılıq, kahinlik haram sayılır.

Bəs Qurani-Kərimdə həqiqətən gələcəyi görmək mümkündürmü?

Mövzu ilə bağlı ilahiyyatçı Yaşar Qurbanov Redaktor.az-a açıqlamasında bildirdi ki, qeybi Allahdan başqa heç kimsə bilə bilməz:

"Quran açmaqla fala baxmaq və ya gələcəyi öyrənmək məsələsi İslamda ciddi qadağan olunan bir məsələdir. Qeybi Allahdan başqa heç kimsə bilə bilməz. Bu, birinci dərəcədə yalandır. Quran nə üçün nazil edilib? Quran insanlara haqqı göstərən, Allahdan qorxanlar üçün doğru yol göstəricisi, bir öyüddür. Qurani-Kərimdə əvvəllər baş vermiş hadisələr qeyd edilir. Allahü-Təala həmçinin bizlərə kitabda əmrlər-buyruqlar verir, öz gücündən, qüdrətindən danışır. Amma ki, Quranı açmaqla guya kimsə sənin gələcəyin haqqında xəbər verməsi, istixarə etməsi yalandır. Belə insanları aldadırlar ki, sənin üçün istixarə edirəm, sənin gələcəyin görsənəcək və yaxud da ki, baxıram sənə cadu edilib-edilməyib, sən kimlə evlənəcəksən və başqaları. Bunlar hamısı falçılıqdır, yalandır. İnsanları Quranla aldatmaqdır. Dinimizdə elə bir şey yoxdur. İstixarə namazı var, hansı ki, insan özü qılır, Allaha dua eləyir, filan işim xeyirlidirsə, alınsın".

İlahiyyatçının sözlərinə görə, bu cür insanlar dini ucuz vasitəyə çevirərək insanları aldadırlar.

"Amma Quran açmaqla insanın gələcəyi haqqında xəbər vermək böyük bir günahdır. Peyğəmbərimiz (s.a.s) buyurur ki, kim falçının yanına gedər və onun dediyini təsdiqləyərsə, Məhəmmədə nazil edilən Qurani-Kərimə küfür etmiş sayılır. Ona görə Quran açmaqla insanda qorxu, nəzər və ya əməl olduğunu söyləmək, gələcək haqqında danışmaq Allaha şərik qoşmaqdır. Bunu edənlər əslində falçılardır. Sadəcə Quran adı ilə insanları aldadırlar. "Sənə nəzər dəyib, onu aradan qaldıracağam", "səndə qorxu var, gəl mən sənə nəsə yazım aradan qaldırım", "sənə dua yazım onu üzərində daşı"- bunlar hamısı yanlışdır. İnsan duanı özü edər. Bir insan nəzər və ya cadu olmasından qorxursa, Ayətul-Kursi, Fələq, Nas surələrini oxumalıdır, Allaha bağlanmalıdır, Allahdan istəməlidir. Bu, Allahın dinini ucuz satmaq üçün falçıların oyunudur. Bu, bağışlanmaz günahdır və ona getmək olmaz. Çünki onu edənlər cinlərə, şeytanlara ibadət edən falçılardır. Cinlər onlara keçmişdə olan bir şeyləri xəbər verir, amma gələcəyi heç zaman xəbər verə bilmirlər. Biz müsəlman xalqıq, Qurana hörmət edirik deyə falçılar bundan istifadə edir", - deyə Yaşar Qurbanov bildirdi.

Türkan İSGƏNDƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Fevral 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri