Icma.az
close
up
RU
Qurban ibadəti Quran da yoxdur Azərbaycanda qadağan edilə bilər İlahiyyatçı

Qurban ibadəti Quran da yoxdur Azərbaycanda qadağan edilə bilər İlahiyyatçı

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sabah və iyunun 7-də Azərbaycanda Qurban bayramı qeyd ediləcək. Azərbaycan əhalisinin əksəriyyəti qurban kəsmək barədə düşünür. Bəzi insanlar isə qurban desələr də, onu kəsməyə imkanları çatmır və bu onları ciddi narahat edir. Bəs qurban kəsməyə imkanı olmayanlar necə davranmalıdırlar, dinin bu məsələyə baxışı maraq doğurur.

“Qurban ibadəti "Qurani-Kərim"də yoxdur”

Məsələ ilə bağlı Modern.az-a danışan şərqşünas alim, ilahiyyatçı Nəriman Qasımoğlu bildirib ki, "Qurani-Kərim"də qurban kəsmə adına ibadət növü yoxdur:

“Bu, ibadət deyil, ənənədir. Camaatda elə bir təsəvvür var ki, bu xüsusi borcdur. İmkanı olmayanlar, ümumiyyətlə, qurban kəsmək barədə düşünməməlidir. İlahiyyatda ədalət qanunu var. O mənada imkanı olmayanlar heç bir şey etməsinlər. Çünki qurban elə onlara çatmalıdır.

Ümumiyyətlə, Həccdə də bu, bir adət halını alıb. Orada kəsilən qurbanlar da gedib ünvanına çatır-çatmır bilinmir. Elə ölkədə qurban kəsilir ki, orada qurban payı veriləsi insanlar yoxdur. Ona görə də, bu ətləri başqa ölkələrə göndərməlidirlər. O da ünvanına çatır-çatmır, bütün bunlar sual doğurur. Ona görə də bu məsələdə xüsusi problemlər yaranır. Əlbəttə, Azərbaycanda kimin imkanı yoxdursa, qurban kəsib kiməsə paylamaq barədə gərək düşünməsin.

Qurban yaxın olmaq mənasına gəlir. Yaxın olmağın da minlərlə üsulu var. Kimisə razı salıb doyurmaq da üsullardan biridir. Xüsusi ibadət növü kimi qurban Qurani-Kərimdə qeyd edilməyib. O mənada kiminsə, ürəyindən keçirsə ki kimisə doyursun, bunu edə bilər, yaxşı əməldir”.

“Azərbaycanda da qurban kəsimi qadağan edilə bilər”

Mərakeş hökuməti Qurban bayramı ərəfəsində bəzi ticarət fəaliyyətlərini müvəqqəti dayandırmaq qərarına gəlib. Qurbanlıq kəsimi ilə bağlı bütün ticarət fəaliyyətləri müvəqqəti olaraq dayandırılıb. Qərar ölkədə son illərdə yaşanan quraqlıq, heyvanların sayının azalması və xərclərin artması ilə əlaqədar qəbul edilib.

Azərbaycanda da belə bir qərarın verilməsi mümkündürmü?

İlahiyyatçı alim suala belə cavab verib:
“Heyvanların da qayğısına qalmaq lazımdır. Quranda ayə var ki, "onların da sizin kimi icması var". Bu barədə kütləvi heyvan qırğını xoş təəssürat yaratmır. Bu məsələni zamanın öhdəsinə buraxmaq lazımdır. Yavaş-yavaş insanlar mahiyyəti dərk etsinlər. Get-gedə adət-ənənələrdən gələn nələrinsə ixtisara salınması vərdişi də yarana bilər. Bu, əslində "Quran"ın tələbi olmadığına görə, qurbanın - yaxınlaşmanın başqa yolları var ki, onları da həyata keçirmək olar. Mərakeşdə belə bir qanun qəbul olunubsa, düz ediblər. Dövlət cəmiyyətin buna hazır olub-olmadığını nəzərə alaraq müəyyən tədbirlər görür. Əgər cəmiyyət buna hazırdısa, belə bir qanun qəbul edilə bilər. Yox, əgər cəmiyyət hazır deyilsə, gələn ilə də qala bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 İyun 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri