Icma.az
close
up
RU
Quran ı tərcümə eləyən şair: Allaha inanmaq məcburiyyətində deyiləm

Quran ı tərcümə eləyən şair: Allaha inanmaq məcburiyyətində deyiləm

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Kulis.az dosent Zaur Əliyevin polyak alim, filosof, şair Teodor Şumovski haqqında yazısını təqdim edir.

2 fevral 1913-cü ildə Volın vilayətinin Jitomir şəhərində polyak ailəsində anadan olan Teodor Şumovski bir əsrə yaxın ömür yaşayıb. Birinci Dünya müharibəsi illərində ailəsi ilə birlikdə Azərbaycana, Şamaxı şəhərinə köçən böyük alim uşaqlıq illərini Azərbaycanın qədim məzarlıqlarında dolaşaraq, məzar daşlarında ərəb əlifbası ilə yazılanları oxumaqla keçirmişdir. Şamaxı onun üçün ömrünün sonuna qədər sevdiyi o əsrarəngiz Şərq oldu. Onun qeyri-adi musiqi istedadı olan böyük qardaşı öz əli ilə düzəltdiyi skripkada çalar, Tadek isə gitarada çalıb Azərbaycan mahnıları oxuyarmış.

“Gələcək peşəm məni burada tapdı” deyən alimin həyatına təsir edən Azərbaycan şairi və filosofu, Şirvan poeziya məktəbinin nümayəndəsi Ataallah Arraninin poeziyası və əlyazmaları olub. 1936-cı ilin sonundan 1938-ci ilə qədər il yarım ərzində Şumovski Şirvan şairinin divanının böyük hissəsini tərcümə etməyə nail olur. Arrani özü şeirlər toplusunu "Qızılqızılgülün ləçəkləri" adlandırdı.

Şumovski yazır:

“Nəhayət, mən qədim Şirvan şairinin əsərlərinin bugünkü dünyada yaşayan bütün gözəllik bilicilərinin və mütəxəssislərinin ixtiyarına verildiyi günü görmüşəm. Otuz beş ildir ki, bu günü arzulayıram”.

Öz xatirələrində görkəmli alim peşə seçimində məhz qədim Qarabağ torpağının, Şuşanın, Şamaxının böyük rol oynadığını qeyd edib. Şamaxıdakı məscidlər və müqəddəs ocaqlar alimdə şərqşünaslığa böyük maraq yaradıb.

Beləliklə, Teodor Şumovski bizim üçün heyrətamiz şair Ataallah Arranini kəşf etdi.

T.Şumovski Quranın tərcüməsini niyə öz üzərinə götürdüyünü və mənzum şəkildə izah edərək yazır:

“Bu, ərəb dilində olan ən böyük kitabdır. Quranın rus dilinə bütün tərcümələri mükəmməl deyil, o cümlədən, akademik Kraçkovskinin etdiyi də. Hələ XVIII əsrdə II Yekaterinanın saray oxucusu M.Verevkinin tərcüməsi məlum idi. O, bunu ərəbcə orijinaldan yox, du Rierin fransızca tərcüməsindən edib və yeri gəlmişkən, Puşkin “Quran təqlidləri”ni tərtib edərkən bundan istifadə edib”.

Onun üzərinə bununla bağlı gələndə cavab vermiş idi:

“Bütün həyatım boyu nəyin eksperimental olaraq sınaqdan keçirilə biləcəyi ilə maraqlanmışam. Mən Allaha inanmaq məcburiyyətində deyiləm - mən, sadəcə, bilirəm ki, O var. O, Onun yaratdığı hər şey üçün birdir. Mən kilsələrə getmirəm, Allahın kilsələrə ehtiyacı yoxdur. Allah yaratdığı varlıqların bir-birinə kömək edə bilməsini istəyir. Yalan deməsinlər, soymasınlar, öldürməsinlər, döyüşməsinlər, amma vicdanla və zəhmətlə yaşasınlar. Bizi bunun üçün yaratdı! Allaha ən yaxşı xidmət düzlük və zəhmətdir”.

18 il həbs həyatı yaşayır. Rusiyada həbs həyatı yaşayan azərbaycanlılar, tatarlar, qırğızlar və s. ona məbəddəki ikona kimi baxırdılar, Onu çətin günlərdə həmin insanlar təhlükələrdən xilas edirdilər. Son onilliklərdə demək olar ki, bu inamlı insanlar onu əlləri üstündə saxlayırdılar.

Həbsdə Şumovski namizədlik dissertasiyasını yazdı. Alim öz əsərlərində ərəblərin orta əsrlərin böyük dəniz xalqı kimi tarixi rolunu bərpa etmişdir. Onun yaratdığı Ərəb Dəniz Ensiklopediyası Avropa naviqasiyasının beşiyində dayanan və XVI əsrdə Şərqin Avropa fatehləri tərəfindən məhv edilmiş inkişaf etmiş ərəb dəniz mədəniyyətini nümayiş etdirirdi. Teodor Şumovski “Teodor Şumovski “Dənizçi səyyah Sindibadın izi ilə. Okean Ərəbistanı” və “Ərəb dənizlərinin sonuncu şiri” elmi-populyar kitablarının müəllifidir. O, həmçinin “Oroksologiya” əsərini yazıb.

80 yaşında Quran tərcüməsinə qayıtdı. Özü yazır:

“80 yaşında insan nə xəyal edə bilər? - Quranı tərcümə etməliyəm. Mən indi buna hazıram. Bilirdim ki, bu, böyük bir müsəlman ziyarətgahıdır. Yeni din haqqında söz dindarların qəlbinə asanlıqla daxil olmalıdır”.

Və bacardı.

Teodor Şumovski müsəlmanların adət və ənənələrini, milli keyfiyyətlərini yaxından bildiyi üçün toxunduğu hadisələrdə təhriflərə yol vermirdi. Müəllif öz kitabında yazır:

“Müsəlmanın üç böyük andı var, onu pozmağa hətta ən aşağı səviyyəli insan cəsarət etməz: “Allaha and olsun”, “Peyğəmbərə and olsun”, “Qurana and olsun”... İnqilablar baş qaldırmış dağılmış, dövlətlər yaranmış məhv olmuş, insanın gözləri qarşısında yeni ölkələr qurulmuş Quran isə yaşayıb, yaşayır. Onun sözlərini daha çox qəlblər öz dərinliyinə toplayır, həyatını onunla bağlayır".

O, 2012-ci il fevralın 28-də 100 yaşında Sankt-Peterburqda vəfat edib.

Yeni ayaqqabı və 2,3 milyon dollar Əli bəy Hüseynzadə sovet təhlükəsini rənglərlə necə ifadə etmişdi? - Tanrıverdi Əliyev Əməkdar artistin xatirə gecəsi keçirildi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://kulis.az
archiveBu xəbər 04 Fevral 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri