“Qurani Kərim”i yandırmaq istədilər, döyüldülər ABŞ də müsəlmanlara qarşı növbəti provakasiya (VİDEO)
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-nin Miçiqan ştatının Dearborn şəhərində təxminən 20 nəfərlik müsəlman əleyhdarı qrupun "Qurani Kərim" yandırmağa cəhd etməsi şəhərdə ciddi gərginliyə səbəb olub.
Sosial şəbəkələrdə yayılan görüntülərdə provokasiya zamanı bir gəncin nümayişçilərə yumruq atdığı və polisin dərhal müdaxilə etdiyi görünür.
Şahidlər bildiriblər ki, qrup “Amerikalılar islamlaşmaya qarşı” yazılı böyük pankartla şəhər meriyası istiqamətində yürüş edib və müsəlman qarşıtı şüarlar səsləndirib. Aksiyada ABŞ-də tanınan Respublikaçı simalar — Miçiqan qubernatorluğuna namizəd Anthoni Hudson və 6 yanvar Konqres basqını zamanı Tramp tərəfindən əffedilən Cek Lanq da iştirak edib.
Sosial mediada yayılan videolarda Cek Lanqln "Qurani Kərim"i yandırmaq istədiyi anlar geniş narazılıq doğurub. Bir nəfərin Lanqı “Bura Amerikadır, hörmət etməlisən” deyərək dayandırması görüntülərə əks olunub.
Miçiqan Demokrat Partiyasının rəhbəri Kurtis Hertel hadisəni “qəbuledilməz bir nifrət hərəkəti” adlandırıb.
Gərginlik bununla bitməyib. Başqa bir videoda üzərində hərbi jilet olan Lanqın Dearborn Şəhər Şurasında müsəlmanlara qarşı sərt çıxış etdiyi, “Bu ölkədən çıxıb gedin” ifadələrini işlətməsi səbəbilə bəzi iştirakçıların zalı tərk etdiyi görülüb.
Qeyd edək ki, “ABŞ-ni müsəlman paytaxtı” sayılan Dearbornda əhalinin yarıdan çoxu Orta Şərq və ya Şimali Afrika mənşəlidir və şəhərin hazırkı meri Abdullah Hammoud müsəlmandır.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 22 Noyabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















