Icma.az
close
up
RU
Quraqlıq dünyada aclığa və bahalaşmaya səbəb olur

Quraqlıq dünyada aclığa və bahalaşmaya səbəb olur

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tədqiqat göstərir ki, hazırda Antarktida istisna olmaqla, quru ərazilər Yer kürəsinin 40%-ni təşkil edir. Hindistanın təxminən üçdə birindən böyük olan ərazi son üç onillikdə daimi quraqlığa çevrilib.

Bu barədə "The Guardian" qəzeti geniş məqalə dərc edib. Məqalədə göstərilir ki, BMT Elm Siyasəti İnterfeysinin araşdırmasına görə, dünya torpaqlarının dörddə üçü son 30 ildə daha quru şəraitdən əziyyət çəkib və bu, qalıcı ola bilər.

Hesabatda həmçinin deyilir ki, Afrika 1990-2015-ci illər arasında artan quraqlıq səbəbindən ÜDM-nin təxminən 12%-ni itirib: "Daha da pis itkilər proqnozlaşdırılır: Afrika növbəti yarım onillikdə ÜDM-nin təxminən 16%-ni, Asiya isə 7%-ə yaxınını itirəcək. ...Bəzi məhsullar xüsusilə risk altında olacaq: cari tendensiyalar davam edərsə, 2050-ci ilə qədər Keniyada qarğıdalı məhsuldarlığının iki dəfə azalacağı proqnozlaşdırılır. Quru ərazilər yağıntıların 90%-nin buxarlanma nəticəsində itirildiyi, yalnız 10%-i bitki örtüyünün qaldığı ərazilərdir. Bazar ertəsi dərc edilən hesabata görə, əsrin ortalarına qədər dünya miqyasında torpaqların üçdə ikisi daha az su ehtiyatı saxlayacaq".

Məlum olduğu kimi, quraqlığın təhdid etdiyi ölkələrdən biri də Azərbaycandır. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin dəstəyi ilə aparılmış və «Quraqlığın Azərbaycanın kənd təsərrüfatı istehsalına təsirinin nəticələri» adlanan tədqiqatın nəticələri açıqlanıb.

Tədqiqatdan məlum olur ki, quraqlıq kənd təsərrüfatında məhsuldarlığı ciddi şəkildə azaldır və qida təhlükəsizliyini təhdid edir.

Quraqlığa təkcə təbii amillər səbəb olmur, həm də insan faktoru burada mənfi rol oynayır. İqlim dəyişiklikləri nəticəsində təbii olaraq yaranan su çatışmazlığı ilə yanaşı su israfçılığı da çox ağır fəsadlar verir.

Tədqiqatın nəticələrindən belə məlum olur ki, Azərbaycanda su itkisi hətta 50 faizdən yuxarı qalxıb. Bəzi yerlərdə su ehtiyatlarının 60 faizi itkiyə gedir. Bu da quraqlığın kənd təsərrüfatına, ümumiyyətlə, insan həyatına zərərini daha da artırır.

Düzdür, hətta su ehtiyatlarının bol olduğu ölkələrdə də quraqlıq öz ağır təsirini buraxır. Sözügedən tədqiqatdan görünür ki, 2012-ci ildə ABŞ-da quraqlıq kənd təsərrüfatı sektoruna 30 milyard dollar zərər vurub. Avropa Birliyi və Böyük Britaniya illik təxminən 9 milyard avro ziyan görüb. İtaliya və İspaniya, Yunanıstan, Türkiyə, eləcə də, Ukrayna və Rumıniya da daxil olmaqla Şərqi Avropa ölkələri quraqlıqdan çox əziyyət çəkib. Afrikada vəziyyət isə daha ağır qiymətləndirilir. Zimbabve, Malavi və Zambiya quraqlıq və kənd təsərrüfatı məhsullarının azalması səbəbindən fövqəladə vəziyyət elan edib.

Tədqiqatda deyilir ki, Aclığın Erkən Xəbərdarlıq Sistemləri Şəbəkəsinə (FEWS NET) görə, bölgədəki bütün ölkələr 2024-2025-ci marketinq ilində normaldan aşağı ştapel istehsal edəcəklər: Malavidə azalma 45%, Mozambikdə 41 %, Zimbabvedə 55% və Zambiyada 34% azalma olacaq.

"Asiyada da vəziyyət heç də fərqli deyil. Çin kimi həddindən artıq isti və quraqlıq ölkədə düyü məhsuldarlığı 8% azalıb. Filippində 2019-2022-ci illər arasında hökumət 14,1 milyon ton düyü idxal etmək üçün 2,8 milyard dollar xərcləyib", - deyə tədqiqatda bildirilir.

Tədqiqatın fed.az saytında yayılmış nəticələrinə görə, Azərbaycanda əkinə yararlı 1,9 milyon hektar ərazinin 1,5 milyon hektarı suvarılır: "Daimi otlaqlar 2,5 milyon hektar, meşələr isə 1 milyon hektarı təşkil edir. Bu torpaqlarda əsasən buğda, arpa, qarğıdalı, pambıq, üzüm, kartof, tərəvəz və meyvələr istehsal olunur. Azerbaycanda ən çox becərilən dənli bitkilər buğda və arpadır. 2022-ci ildən etibarən, Azərbaycan Cənubi Qafqazda 2 milyon tondan çox buğda istehsal edərək ən böyük istehsalçı olub.

Amma quraqlıq və digər problemlər əkinlərin məhsuldarlığını ciddi şəkildə azaldır. Məsələn, 2000-2001-ci illərdəki quraqlıq taxıl məhsuldarlığının kəskin aşağı düşməsi ilə nəticələnib.

Quraqlıq və su qıtlığı - heyvandarlıq əkinçiliyinə də mane olur, nəticədə bu problemdən heyvandarlıq sektoru da mənfi təsirlənir".

Həmçinin bildirilir ki, su resurslarının 70%-dən çoxunun qonşu ölkələrdən gəlməsi, Azərbaycanı su münaqişələri riski ilə qarşı-qarşıya qoyur.

Mütəxəssislərin fikrincə, Azərbaycan quraqlıqla və su çatışmazlığı ilə mübarizədə ABŞ-ın, Avropanın, eləcə də, Türkiyənin, Qazaxıstanın və Gürcüstanın təcrübəsindən istifadə etməlidir. Burada əsas məsələ yaşıllıqları qorunması ilə yanaşı su itkilərinin qarşısının alınmasıdır. Bu məqsədlə Su Ehtiyatları üzrə Dövlət Agentliyi yaradılıb. Ancaq hələlik ciddi dönüşə nail olunmayıb.

Seyid Əhmədli, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Dekabr 2024 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see262

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see257

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see239

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see229

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see147

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see138

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see131

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see125

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see120

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see120

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri