Icma.az
close
up
RU
Qurbağa, dondurma, toyuq ayağı

Qurbağa, dondurma, toyuq ayağı

Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son illərdə qeyri-ənənəvi qida məhsullarının ixracında artım müşahidə edilir. Çeşidlərin sayı da artmaqdadır. Bununla belə, ekspertlər sözügedən sahədə ekosistemin qorunmasının vacibliyini də önə çəkirlər.   

Azərbaycan son illər ənənəvi məhsullarla yanaşı, qeyri-ənənəvi qida məhsullarının da ixracını artırmağa başlayıb. Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, təkcə bu ilin avqust ayında İtaliya və Fransaya 3,6 ton qurbağa ayağı ixrac edilib. Bununla yanaşı, ABŞ-yə dörd milyon 320 min, Birləşmiş Ərəb Əmirliklərinə isə bir milyon 158 min ədəd ərzaqlıq yumurta göndərilib. Avstraliya, Albaniya və Kanadaya 42 kiloqram balıq kürüsü, İsrailə isə 18 ton dondurma məhsulu ixrac olunub. Bundan öncə isə Azərbaycan Çinə toyuq ayağı ixrac etməyə başlayıb. Bütün bunlar ölkənin ixrac coğrafiyasının və məhsul çeşidinin getdikcə zənginləşdiyini göstərir.

Maraqlıdır, görəsən, bu sahənin perspektivi varmı? Qeyri-ənənəvi məhsulların ixrac potensialını genişləndirmək üçün hansı addımlar atıla bilər?

Logistika məsələləri üzrə ekspert Təmraz Həmidov qeyd edir ki, bu sahənin perspektivləri kifayət qədər genişdir: “Ənənəvi məhsullarla yanaşı, qeyri-ənənəvi məhsulların ixracı həm yeni iş yerlərinin yaradılması, həm də ixrac imkanlarının şaxələndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Bu sahə ölkəyə müəyyən qədər valyuta gətirə bilər. Amma risklər də mövcuddur. Çünki spesifik sahədir, cəmiyyətdə bununla bağlı məlumatlar çox deyil, təcrübə azdır. Lakin ümumilikdə rəqabət az olduğuna görə gəlirlilik baxımından daha cəlbedicidir”.

Ekspertin sözlərinə görə, sahibkarlar qeyri-ənənəvi məhsulların ixracı istiqamətində addım atmazdan əvvəl mütləq olaraq bazarı araşdırmalı, logistika və sertifikatlaşdırma ilə bağlı tələbləri nəzərə almalıdırlar. “Həm tranzit, həm də məhsulun ixrac olunduğu ölkələrin öz tələbləri var. Bizim ölkədə bu sahədə məlumat çatışmazlığı var”, – deyə ekspert bildirir.

Qeyri-ənənəvi ixracın stimullaşdırılması məsələsinə toxunan Təmraz Həmidov hesab edir ki, dövlətin dəstəyi burada fərqli formada həyata keçirilməlidir. Onun fikrincə, ənənəvi kənd təsərrüfatı məhsulları üçün tətbiq edilən subsidiya mexanizmləri burada effektli olmaya bilər: “İstiqamət yeni olduğundan burada ənənəvi təşviqdən söhbət getmir. Qeyri-ənənəvi sahələrdə təşviq modeli də fərqli olmalıdır. Necə ki, startaplara dəstək olmağa çalışılır, bu sahəyə də dəstək olmaq lazımdır ki, sahibkarlar ölkədə yeni məhsulları sınaya bilsinlər. Bu proses ilkin mərhələdə geniş miqyaslı ixrac olmasa belə, sınaq şəraitində nümunələrin hazırlanması ilə başlaya bilər. Həmin məhsulların beynəlxalq bazarlara çıxarılması üçün sənədləşmə prosesləri sürətləndirilməli, şəffaflığı artırılmalı və əməliyyat xərcləri azaldılmalıdır. Çünki ölkədə həm daşınma, həm də sənədləşmə ilə bağlı müəyyən çətinliklər mövcuddur”.

İqtisadçı-ekspert Akif Nəsirlinin fikrincə, hələlik qeyri-ənənəvi sahələrdən valyuta gəlirləri çox böyük həcmdə olmasa da, bu istiqamətdə atılan addımlar mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, pilot layihə kimi həyata keçirilən ixrac təşəbbüsləri gələcəkdə böyük imkanların əsasını qoya bilər. Ekspert bildirir ki, ixrac bazarlarında belə məhsullara tələbat mövcuddur. Azərbaycanın yerləşdiyi coğrafi mövqe və iqlim şəraiti bu məhsulların istehsalı üçün əlverişli imkan yaradır. Ekspertin sözlərinə görə, bəzi Avropa ölkələrində bu cür heyvanların sənaye üsulu ilə artırılması əlavə xərclərlə müşayiət olunur, çünki soyuq iqlim şəraiti səbəbindən ilboyu süni istilik təmin edilməlidir. Azərbaycanda isə isti günlərin sayı daha çoxdur və bu, istehsalı daha ucuz başa gətirir. Bu üstünlük ölkədə belə məhsulların daha rentabelli istehsalına şərait yaradır.

Akif Nəsirli onu da bildirir ki, sahibkarlar bu istiqamətdə kütləvi istehsala başlasalar, yüksək gəlir əldə edə bilərlər. Lakin ilkin mərhələdə dövlət dəstəyinin vacibliyini də vurğulayır. Onun fikrincə, hər bir yeni sahədə olduğu kimi bu sahənin inkişafında da dövlət yardımına ehtiyac olacaq. Müəyyən mərhələdən sonra isə istehsal rentabelli olduqda sahibkarlar artıq dövlətə vergi ödəməklə iqtisadiyyata töhfə verəcəklər.

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Mircavid Həsənov isə ölkəyə valyuta gətirən hər sahəni perspektivli sayır. Amma mütəxəssis deyir ki, bu prosesdə ekoloji tarazlıq məsələləri mütləq nəzərə alınmalıdır. Onun sözlərinə görə, Azərbaycanda qeyri-ənənəvi məhsullar istehsal edən təsərrüfatların sayı azdır. “Masallıda kənd camaatı təbiətdən qurbağaları tutub müəyyən təhvil məntəqələrinə verirlər, onlar da ixrac edirlər. Təkcə qurbağa deyil, zəli də ixrac olunan məhsullardandır. Lakin bu sahədə ekoloji məsələlər diqqətdən kənarda qalmamalıdır. Xaric bizdən tələb edir, biz isə sadəcə təbiətdən toplayıb daşıyırıq. Halbuki bunun təsərrüfatları qurulmalıdır. Sahibkar pul qazanmaq istəyirsə, bu bizneslə etik formada məşğul olmalıdır” – deyə o qeyd edir.

Mircavid Həsənovun fikrincə, kortəbii fəaliyyət təbiətə ziyan vurur: “Artıq böyük gölməçələrdə nə zəli, nə də qurbağa tapılır, onların kökü kəsilmək üzrədir. Halbuki xaricdə istehsal üçün bu canlıların yaxşı sortları mövcuddur. Onları gətirib burada yetişdirərək ixrac etmək mümkündür. Təbiətə ziyan vurulmadan daha savadlı şəkildə bu bizneslə məşğul olsalar, həm əla nəticə əldə edilər, həm də valyuta qazanılar”.

Ekspert vurğulayır ki, bu sahənin inkişafı üçün ölkədə kifayət qədər potensial mövcuddur. Azərbaycanın su hövzələri bu baxımdan geniş imkanlar yaradır: “Sarısu su anbarı, Qızılağac qoruğu və digər ərazilər hazır vəziyyətdədir, lakin boş qalıb. Sahibkar müvafiq icra orqanlarından həmin əraziləri icarəyə götürərək təsərrüfat yarada bilər. Göl də var, qamışlıq da var, bataqlıq da”.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azpost.info
archiveBu xəbər 05 Oktyabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see303

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see295

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see285

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see279

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see275

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see266

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see258

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see243

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see242

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see238

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see234

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see221

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see218

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see208

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see206

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see194

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see179

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see165

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri