Qurban bayramı ilə əlaqədar həbsxanalarda görüş KEÇİRİLƏCƏK?
Icma.az, News24 saytına istinadən bildirir.
Qurban bayramının yaxınlaşması ilə əlaqədar olaraq cəzaçəkmə müəssisələrində açıq görüşlərin olub-olmayacağı ilə bağlı gözlənilən açıqlama verilib.
News24.az xəbər verir ki, Ədliyyə naziri Yılmaz Tunçun verdiyi məlumata görə, 9–15 iyun 2025-ci il tarixləri arasında bütün Türkiyə üzrə həbsxanalarda açıq görüşlər keçiriləcək.
Görüşlər 09:00-dan 17:00-a qədər təşkil olunacaq. Yetkin və gənc məhkumlar, həmçinin müvəqqəti həbsdə olan şəxslər bu hüquqdan istifadə edə biləcəklər. Görüş müddəti böyüklər üçün yarım saatdan az və bir saat yarımdan çox olmamaqla, uşaq məhkumlar üçün isə bir saatdan az və üç saatdan çox olmamaqla müəyyənləşdirilib.
Qeyd olunur ki, ziyarətçi qəbulundan məhrum edilmə və ya təcridxanaya salınma kimi disiplin cəzası alan məhkumlar bu imkandan yararlana bilməyəcəklər.
Aqil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 03 İyun 2025 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















