Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Qurban bayramında kimlərə əl tutulmalıdır? SORĞU

Qurban bayramında kimlərə əl tutulmalıdır? SORĞU

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İslam dünyasının ən müqəddəs bayramlarından olan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən, Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində qeyd edilir. Bildiyimiz kimi, sovet hakimiyyəti dövründə din və dini ayinlər, bayramlar da tənqid hədəfi olmuşdur. Azərbaycan müstəqilliyə qovuşduqdan sonra xalqın dininə, milli ənənələrinə, milli və dini bayramlarına hörmət və diqqət yetirilməyə başlandı. Qurban bayramı da hər il rəsmi olaraq keçirilir. İnsanlar Qurban bayramını necə qeyd edirlər? Necə paylayırlar? Müqəddəs ayda kimlərə əl tutacaqlar? SİA vətəndaşlar arasında sorğu keçirib.

Şəhər sakini Qədim Qədimov: "Qurban bayramı xalqımızın çox müqəddəs bayramıdır. Elə insanlar var ki, gücü, imkanı çatmır. Xalqımızın yardımsevər insanları imkansız şəxslərə yardım edirlər, qurban paylayırlar. Bu da alqışa layiqdir. Çox istərdim ki, belə insanlar xalqımızın bəzi imkansız ailələrinə kömək etsinlər".

Şəhər sakini Sürəyya Əliverdiyeva: "Xalqımızın qarşıdan gələn Qurban bayramını təbrik edirəm. Qurban bayramında imkanı olanlar qurban kəsir, imkansızlara paylayırlar. O cümlədən də, biz qurban kəsirik, imkansızlara paylayırıq. Çox gözəl təşəbbüsdür. Mən özümü çox xoşbəxt hiss edirəm ki, Allah mənə o imkanı verib, mən də qurban kəsə bilirəm. Qurban kəsiləndə Qurban bayramı vaxtı kəsilir. Bayramdan kənarda o zaman kəsilə bilər ki, kiminsə nəziri, əhdi ola bilər. Amma bayram qurbanları Qurban bayramında üç gün müddətində kəsilir, paylanılır".

Şəhər sakini Səlim Ridvanov: "Qurban bayramına İsmayıl bayramı deyirlər. Qurban bayramında bir nəfərə quzu, keçi, qoyun kəsmək olar. Böyük baş heyvanlar - camış, dana, cöngə yeddi nəfərə kəsmək olar. Qoyunu kəsdikdə üç yerə bölünür. Onun bir hissəsini kasıb insanlara, bir hissəsini özünə saxlayırsan, bir hissəsini də qohum-əqrəbaya paylayırsan. Qurban bayramı İbrahim Peyğəmbərdən qalıb. O oğlu İsmayılı Allah yolunda kəsmək istəyib. Allah da ona qurbanlıq heyvan göndərib. Biz də İsmayıl qurbanı adı ilə bayram keçiririk".

Şəhər sakini Aygün İsmayılova: "Qurban kəsilir, hər evdə olduğu kimi bizdə də kartofla bişirirlər. Biz ətdən ayırırıq, ehtiyacı olan ailələrə paylayırıq. Kənddə axundumuz var. Ondan soruşuruq ki, kimin ehtiyacı var. O, tanıyır. Bizi yönləndirir. Bizdə adətdir ki, yeddi ailəyə pay verilməlidir. Qurban bayramı bizim öz bayramımızdır. Hamıya bunu arzulaya bilərəm ki, neçə gözəl bayramlar keçirək. Bayramdan kənar o zaman qurban kəsmək olar ki, nəzir deyirsən, kəsirsən. Gözəl bir şeydir, mən bunu təsdiqləyirəm. Çox yaxşı adətdir. Belə halların olması müsbətdir. Əslində müasirləşmə gedir, amma köhnə bayramların olması çox gözəldir".

Şəhər sakini Rasim Mustafayev: "Qurban bayramını yaxşı qəbul edirəm və qeyd edirəm. Mənə elə gəlir ki, qurban ancaq kasıblara paylanılmalıdır. Ən yaxşı yolu budur. Odur ki, imkansız adamlara verilməlidir. Mənim imkanım yoxdur, işsizəm. Amma olsaydı, mən də edərdim. Bayramdan kənar vaxtda qurban kəsənlər var. Onların niyyətinə baxır. Kəsdiklərini də eşitmişəm".

Şəhər sakini Elcan Kəlbiyev: "Qurban bayramı müqəddəs bayramdır. Qurban bayramının yaranma səbəbi İbrahim Peyğəmbərin öz oğlunu qurban etmək istəməsi ilə bağlıdır. Allah da ona göydən qurban payı göndərir. Qurban bayramı da buradan qalıb. Bayramdan əvvəl qurban kəsmək olmaz. Qurban bayramı günü kəsilməlidir. Qurban kəsiləndə kəsilən qurbandan pay ehtiyacı olan ailələrə, qonşulara, qohumlara paylanılır. Qurban bayramında hamı evində olmalı, evində qeyd etməlidir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 İyun 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see345

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see325

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see304

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see293

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see282

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see267

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see255

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see244

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see240

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see224

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see220

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see216

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see209

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see209

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see195

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see185

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see173

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see170

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri