Icma.az
close
up
RU
Qurban bayramında sizi nə kövrəldə bilər? İlahiyyatçılar suala belə CAVAB VERDİLƏR KONKRET

Qurban bayramında sizi nə kövrəldə bilər? İlahiyyatçılar suala belə CAVAB VERDİLƏR KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qurban bayramı müsəlman aləmində yalnız bir ibadət və qurban kəsimi mərasimi deyil, həm də paylaşma, mərhəmət və insanlıq dəyərlərinin dərinləşdiyi xüsusi günlərdəndir. Bayramın hər anı özünəməxsus mənəviyyatla yadda qalır. Ancaq bir məqam var ki, insanı həm düşündürür, həm də kövrəldir: Qurban ətlərinin ehtiyac sahiblərinə verildiyi o sükutlu an həmin kövrək məqamdır.

Maraqlıdır, ilahiyyatçıları Qurban bayramında ən çox düşündürən və ya kövrəldən an nə olur?

KONKRET.az mövzu ilə bağlı ilahiyyatçılar arasında sorğu keçirib. Cavabları təqdim edirik:

İlahiyyatçı Tural İrfan bildirib ki, qocalar evində gözü qapıda yol çəkən ahıllar, uşaq sığınacağında qulağı səsdə qalan körpələr əsasən belə bayramlarda nəsə bir ümid, möcüzə gözləyirlər: “Onların yerinə özümü qoyub kövrəlirəm. Burnunun suyunu çirkli paltarlarına silə-silə zibil qabından çörək axtaran ayaqyalın körpələrin birdən rastına varlıların yeyib atdığı kabab sümükləri çıxır. Üstündə qalmış ət qalıqlarını qopardıb yemək üçün ora – bura boylanırlar ki, görən olmasın. Südəmər körpəsi qucağında, yol kənarında durub bahalı maşınların pəncərəsinə əl açan gəlinlərin aqibəti, qonşuların bişirdiyi ət qoxusundan umsunmasın deyə yetimlərini evə salıb suda daş qaynadan anaların göz yaşları məni kövrəldir…

Seyflərə doldurub çox harın pulu,
Arxa söykəməyə kürək axtarır.
Miskinin yağışdan yıxılıb damı,
Mətəris qoymağa dirək axtarır.

Daş əridir tamahkarın tamahı,
Görən nəymiş kasıbların günahı?
Üzülüb yerlərdən ümid pənahı,
Əl açıb göylərdən kömək axtarır.

Sıxdı bu fikirlər Tural İrfanı,
Ədalət, mərhəmət bəs görən hanı?
Kimi kef çəkməyə işrət məkanı,
Kimi zibillikdən çörək axtarır.

İlahiyyatçı Fazil Əhməd vurğulayıb ki, İslam dünyasının ən əhəmiyyətli bayramlarından olan Qurban bayramı Azərbaycanda da geniş şəkildə qeyd olunur. Bayram münasibətilə bir çox insanı düşündürən və qürurlandıran əsas məqamlardan biri xalqın vəhdət içində bu müqəddəs günü qeyd etməsidir. Cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar, məzhəb fərqindən asılı olmayaraq bu bayramda bir araya gəlir, bayramın mahiyyətindəki insani və dini dəyərləri paylaşırlar.

Qurban bayramı təkcə heyvan kəsmək mərasimi deyil, eyni zamanda yardımlaşma, birlik və həmrəylik nümunəsidir. Bu günlərdə qurban əti imkansız ailələrə paylanır, bu anlar isə həm yardımı edən, həm də onu alan insanlar üçün duyğusal məqamlarla yadda qalır. Ət elə bir məhsuldur ki, onun tərkibindəki vacib maddələr insan sağlamlığı üçün əvəzolunmazdır. Bu səbəbdən bayram günlərində imkansız insanların da bu məhsulu əldə etməsi olduqca mühüm məsələdir.

Vegeterian yanaşmaların qurban kəsmə mərasimini “qətliam” kimi təqdim etməsi bəzilərində narazılıq doğurur. Əgər heyvanı kəsməyi qətliam sayırsınızsa, bitkiləri istifadə etmək də canlılara qarşı eyni münasibətdir. Bitkilər də canlıdır, onların da həyat mexanizmi var.

İlahiyyatçı Ağa Hacıbəyli isə bildirib ki, bu müqəddəs gündə insanın ruhu Allaha qovuşur, qəlblərə nur dolur. Bayram insanların üzünü güldürür, onları həm mənəvi dəyərlərə, həm də tarixə aparır. Bu bayram, insanın qəlbindəki İbrahim ruhunu dirçəldir, Həzrət İsmayılın təslimiyyətini yaşadır.

Bu gün Şuşada ilk dəfə yerli sakinlərin qurban kəsməsi xəbəri məni dərin duyğulandırdı. Uzun illərdən sonra əsgərlərimizin kəsdiyi qurbanlar bu torpaqlarda bir ümid olmuşdu. İndi isə həmin torpaqlarda məskunlaşan sakinlərin öz əlləri ilə qurban kəsməsi əsl zəfər və bərpa rəmzidir.

Arzum budur ki, Zəngəzurda da, Qərbi Azərbaycana qayıdış günündə o torpaqların qurbanlarını da kəsək. Bu bayram arzularımızın və dualarımızın qəbul olunduğu bir başlanğıc olsun.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 İyun 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see220

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see175

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see173

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see154

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see152

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri