Icma.az
close
up
RU
Qurban Məmmədovla bağlı məhkəmə işinin içində Rüstəm Behrudinin də adı keçir İLGİNC

Qurban Məmmədovla bağlı məhkəmə işinin içində Rüstəm Behrudinin də adı keçir İLGİNC

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Atlant-İnşaat” MMC Londonda yaşayan tanınmış hüquqşünas Qurban Cəlal oğlu Məmmədov barəsində məhkəmə iddiası qaldırıb.
Hurriyyet.az
xəbər verir ki, yaşayış sahəsi üzrə mübahisələrlə bağlı qaldırılan iddia Bakı Apellyasiya Məhkəməsində hakim Məhəmməd Rüstəmlinin icraatına verilib.
Qeyd edək ki, “Atlant-İnşaat” MMC Qurban Məmmədov ilə bərabər onun həyat yoldaşı Məmmədova Mehbarə Əhməd qızı, həmçinin Xammədov Azad Şahbaz oğlu, Rəhimov Natiq Qənbər oğlu, Haqverdiyev İsmayıl Əli oğlu, 50 saylı Notariat kontorunun müdiri Rəhmanov Kənan Akif oğlu və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi barədə də iddia qaldırıb.
Qaldırılan iddiada tanınmış şair Rüstəm Behrudinin adı da maraqlı şəxs kimi keçir.
Məlumat üçün bildirək ki, barəsində iddia qaldırılan Qurban Məmmədov uzun illər Azərbaycan Demokrat Partiyasının üzvü olub. 1998-2003-cü illərdə həbsdə olub. Hazırda Londonda yaşayan və “AzerFreedom Tv” adlı “Youtube” kanalına sahib olan Qurban Məmmədov barəsində 2020-ci ildən Baş Prokurorluq beynəlxalq axtarış elan edib.
Qurban Məmmədov barəsində iddia qaldıran “Atlant-İnşaat” MMC (VÖEN – 1000101391) isə 16 mart 1994-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 96 min 2 manat olan şirkətin qanuni təmsilçisi Muradov Cəmil Tahir oğludur.
Qeyd edək ki, Cəmil Muradov ölkənin tanınmış iş adamlarından biridir. O, vaxtı ilə ölkənin aparıcı şirkətlərindən biri olan “Gilan Holdinq” MMC-nin qanuni təmsilçisi olub. 2023-cü ildə “Gilan Holding” MMC adını dəyişərək “Xəzri Solutions” MMC-yə çevrilib. Cəmil Muradov “Gilan Holding” MMC-nin rəhbərliyindən getsə də, hazırda “Gilan Group” MMC adlı şirkətin qanuni təmsilçisidir. Cəmil Muradov təkcə “Gilan Holdinq”ə bağlı onlarla şirkətin rəhbəri kimi deyil, eyni zamanda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın qohumu kimi tanınır. Uzun illərdir mətbuatda Cəmil Muradovun Kəmaləddin Heydərovun xalası oğlu olduğu barədə məlumatlar yayılır və bu məlumatlar bu günə kimi təkzib olunmayıb./Yeniavaz.com/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Dekabr 2024 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri