Icma.az
close
up
RU
Qurban Qurbanov: Birinci hissədə tam razı qalmadım

Qurban Qurbanov: Birinci hissədə tam razı qalmadım

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Futbolçularımı təbrik edirəm. Vacib qələbə idi. Yaxşı oyun oynayaraq qələbə qazanmaq istəyirdik. Birinci hissədə tam razı qalmadım. İkinci hissədə daha düzgün oynadılar. Yaxşı atmosfer var idi. Bu stadionda yaxşı atmosfer həmişə olub. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm ki, bu oyuna fərqli yanaşırlar. Samir Abbasova və "Neftçi"yə uğurlar arzulayıram".

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 15-ci turunun "Neftçi" ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

- Fasilədə əvəzlədiyiniz futbolçulardan hansı planda razı qalmadız?

Romao zədə aldı. Ağrısı çox oldu. Durumu ciddi ola bilər. Sabah biləcəyik. Şiş çox idi. Elvinə gəldikdə, ikinci sarı vərəqəyə görə ehtiyat etdik. Çox sadə epizodda vərəqə aldı. 

- İlk qoldan sonra Leandro Andradeyə sarı vərəqə göstərildi və narazılıq bildirdiz... 

Onlar orada azarkeşlərə heç nə etmirdilər. Onlar həmişə bu cür şəkil çəkdirirlər. Dəfələrlə Andrade və Medina elə şəkil çəkdirib. Hakimə bildirdim ki, mümkün deyil ki, azarkeşlərə nəsə etsin. Özü də, kim-kim, Leandro. O, çox sakit insandır. Sanki Elçin Məsiyev də bunu qəbul etdi.

- Nəriman Axundzadə və Musa Qurbanlının çıxışından nə qədər razısız? Onları nə vaxt ideal formada görə bilərik?

- İkisi də pis çıxış etmədi. Nəriman dubl etdi. Musa da xeyli qol epizoduna girdi. Onların daha yaxşı olması üçün gərək oyun sayları çox olsun. Bizim qrafikimiz elədir ki, maksimum istifadə edə bilmirik. Belə sürətli oyunda ikisindən də razı qaldım.

- Bu gün "Neftçi" ilə oyunda əsas heyətdən oyunçular yox idi. Avrokubok matçına görə belə idi?

Oyuna ciddi hazırlaşmışdıq. "Neftçi"yə qarşı oynayırdıq. Azarkeşləri də düşünməliyik. Onlar aktiv futbol görməlidir. Avrokubok oyunundan əvvəl daha çox hansısa plan qururuq. Amma hazır olan futbolçunu çalışırıq ki, daha çox meydana buraxaq. "Lion"la matçda oyunçular çox yorulmuşdu.

- Qarşıda gərgin qrafik gözləyir. Altı oyun var. Psixoloji və fiziki cəhətdən hazırsız?

- Hazır olmağa məcburuq. Başqa çıxış yolumuz yoxdur. Belə olanda, komandanı bəzən istədiyin optimal formada saxlaya bilmirsən. Məşqlərin keyfiyyəti futbolda çox önəmlidir. İki ay normal 22-23 futbolçu ilə 4-5 məşq etməyimiz yadıma gəlmir. Çünki sıx qrafik var. Neçə illərdir ki, bu proses davam edir. Futbolçular üçün çətin olsa da, işləyirik. Fiziki yorğunluğu aradan qaldırmaq olur. Psixoloji yorğunluq isə çətindir. Başqa variantımız yoxdur. Hazır olmalıyıq.

- Şahruddin Məhəmmədəliyevə şans vermək barədə düşünürsüz?

Artıq 4-5 məşqdir ki, komandadır. Tam bərpa olunub. Qarşıdakı matçlarda olacaq. Limit lazım olanda, mütləq edəcəyik. Qışa qədər bəlkə 1-2 matçda şərait yaratmaq olar.

- "Qəbələ" ilə dekabrın 4-də kubok matçınız var. Həmin oyun haqda nə düşünürsüz?

Ən təhlükəli oyunlar elə bu oyunlar olur. Mən tam ciddiyəm, tam məsuliyyətli yanaşıram. Futbolçularda nə qədər desək də, motivasiya aşağı ola bilər. Qəbələdə oynamaq iqlim baxımından futbolçulara çətinlik yaradıb. Kaxaber Sxadadze də oradadır. Kubok da ən narahat olduğum turnirlərdən biridir. Ciddi hazırlaşacağıq. Futbolçuların durumuna baxacağıq.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://sportal.az
archiveBu xəbər 01 Dekabr 2024 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri