Qurban Qurbanov: “Daha istəkli olmalıydıq”
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
“Azər Bağırova uğurlar arzulayıram. Məsuliyyətli işin altına girib. İlk oyununda göründü ki, meydanda tam başa kollektiv var. “Kəpəz”ə qarşı oynamaq rəqiblər üçün heç də yaxşı olmayacaq”.
İdman.biz bildirir ki, bu sözləri Misli Premyer Liqasının 7-ci turunda “Kəpəz”lə oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Oyun 1:0 hesabı ilə “Qarabağ”ı xeyrinə qurtarıb.
“Çox vacib qələbə qazandıq. Oyunun keyfiyyəti bir az aşağı idi. Meydança amili hər iki komandaya təsir edirdi. Daha istəkli olmalıydıq. Üç gün əvvəl “Kopenhagen”lə matçda meydanda olan futbolçulardan heç biri əsas heyətdə oynamırdı. Görünür ki, həmin oyunun atmosferi hələ tam getməyib”, - baş məşqçi qeyd edib.
“Qarabağ” 13 xalla turnir cədvəlində ikinci yerdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 04 Oktyabr 2025 21:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















