Icma.az
close
up
RU
Qurban Qurbanov: Elvin Cəfərquliyevin oynamaq ehtimalı var

Qurban Qurbanov: Elvin Cəfərquliyevin oynamaq ehtimalı var

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Qarabağ" UEFA Avropa Liqası I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda İslandiyanın "Vestri" klubunu qəbul edəcək.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Avrokuboklarda iştirak edən bütün klublarımıza uğurlar arzulayıram. "Sabah"ı dünənki qələbə münasibətilə təbrik edirəm. Yeni mövsümdə ilk oyunumuzdur. Heyətdə dəyişikliklər var. Çalışdıq ki, problemlərimiz hiss olunmasın. Amma əfsular olsun ki, çatışmazlıqlar var. Komandanı oyun planında tam düşündüyümüz kimi formalaşdırmamışıq. İnanıram ki, yaxın vaxtlarda hər şey qaydasında olacaq və öz oyunumuzla azarkeşlərimizi sevindirə biləcəyik.

- Yeni gələn oyunçuların uyğunlaşma prosesi necə gedir?

- Həm yaxşı, həm də pis deyərdim. Komandaya tez qoşulanlar özlərini daha rahat hiss edirlər. Gec qoşulanların gec uyğunlaşmaq ehtimalı var. 

- Kamilo Duranın gedişindən sonra hücum xəttini necə qurmağı planlaşdırırsız?

- Rəsmiləşmədiyi üçün getdiyini tam əminliklə deyə bilmərik. Bizim əsas oyunçumuz idi. Avropa oyunlarında özünü ən yaxşı tərəfdən göstərmişdi. Belə futbolçunun gedişi çatışmazlıqlar yarada bilər. Oyunçunu itirə bilərik. Amma gələcək üçün qazandığımız digər faktorlar var. Təcrübəli klub olaraq transfer bazarında iştirak etməyimiz çox önəmlidir. Son illərdə ölkə xaricinə oyunçular göndərmişik. Bu, klub olaraq bizim üçün əlavə üstünlükdür. Avropada bizə diqqət daha da çoxalır. İstərdim ki, komandamızda hər zaman Duran kimi futbolçu olsun. Bir neçə mövqedə oynamaq qabiliyyəti var, ustalıq keyfiyyətləri çox yaxşıdır. 

- Yeni gələn oyunçulardan kimlərisə sabah start heyətində görə bilərik?

- Bəli. Saylarını və mövqelərini deyə bilmərəm, amma olacaq.

- Durandan sonra yerli və ya əcnəbi futbolçuların komandadan gedişi gözlənilir?

- Rəsmi təklif gələn oyunçu yoxdur. Kiminsə getmək ehtimalının olduğunu deyə bilmərəm. 

- İslandiyaya məsafənin uzaq olması komandaya problem yaratmayacaq?

- Heç vaxt düşünməmişəm ki, hansı komanda ilə düşək və ya düşməyək. Bu, püşkdür, mənim istəyimlə olan bir şey deyil. Həmişə Allahdan xeyirlisini istəmişik. Hansı rəqib düşsə, razı olacaqdım. Bəli, 7-8 saatlıq yolumuz olacaq. Belə hallar dəfələrlə olub. Buna uyğun proqram quracağıq.

- Elvin Cəfərquliyev oynayacaq?

- Oynamaq ehtimalı var. Komandamızın oyunçusudur. Start heyətində yer alacağı, sonradan oyuna girəcəyi və ya növbəti matçlarda oynayacağına hələ qərar verməmişik.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://sportal.az
archiveBu xəbər 08 İyul 2026 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri