Elvin Cəfərquliyevin transferi gündəmdədir
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyevin “Qarabağ”dakı taleyinə hələ də tam aydınlıq gəlməyib.
Bu barədə cinah müdafiəçisinin agenti Tural Əsgərov açıqlama verib.
O, hələ də oyunçunun Ağdam təmsilçisindən ayrıla biləcəyini söyləyib.
“Elvin Cəfərquliyevin gələcəyi ilə bağlı konkret fikir söyləmək çətindir. O, yeni mövsümə “Qarabağ”da başlaya, mövsümün sonuna qədər komandada qala və ya mövsümün gedişində transfer oluna bilər. Hətta bu yay “transfer pəncərəsində” də klubdan ayrılması mümkündür. Hazırda bununla bağlı dəqiq nəsə demək doğru olmaz”, - deyə o sport24.az-a açıqlamasında bildirib.
Qeyd edək ki, Elvin Cəfərquliyev UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində “Qarabağ”ın İslandiyanın “Vestri” klubunu 3:0 hesabı ilə məğlub etdiyi oyunda yenidən komandanın heyətində meydana çıxıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 15 İyul 2026 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















