Qurban Qurbanov: Gəncədə özümüzü Avropa stadionunda hiss edirdik
Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Qarabağ" komandası "Kəpəz"lə oyunda özünü Avropa stadionunda olduğu kimi hiss edib.
Qaynarinfo xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XII turunda "Kəpəz"lə keçirilən heç-heçə başa çatan oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis Gəncədəki futbol atmosferini yüksək qiymətləndirərək ev sahibi komandaya təşəkkür edib:
"Gəncədə olan futbol atmosferinə görə ev sahiblərinə təşəkkür edirəm. Özümüzü Avropa stadionunda hiss edirdik. Futbolçularıma da təşəkkür edirəm. Həqiqətən, çox yaxşı çıxış etdilər. "Kəpəz" məğlub olmaq istəmirdi. Komandalar bizə qarşı hər zaman ciddi hazırlaşırlar. Bu, "Qarabağ"ın gücündən xəbər verir. Bu işdə daha yaxşı və məsuliyyətli olmalıyıq. Geriyə addım atmaq olmaz. Daha da güclənəcəyik".
O, Gəncə stadionunda azarkeş mədəniyyətinin olduğunu dilə gətirib: "Bu cür atmosferdə çıxış etmək çox çətin idi. Azarkeşlər çox mədəni görünürdülər. Meydanda heç bir təhqir və nalayiq sözlər eşitmədik. Bu arenada hər zaman azarkeş rekordları qırılıb. Xüsusilə "Qarabağ"la matçlarda çox azarkeş toplaşır".
Qeyd edək ki, "Kəpəz" – "Qarabağ" görüşü qolsuz heç-heçə ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 22 Noyabr 2026 19:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















