Qurban Qurbanov legionerlə bağlı qərarını açıqladı 3 illik müqavilə...
Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçu Mateus Silva haqda qərarını rəhbərliklə bölüşüb.
“Football-plus.az”ın əldə etdiyi məlumata görə, mütəxəssis müqavilə müddəti bitən oyunçuyla yeni anlaşmanın əldə olunmasını istəyib. Beləliklə, braziliyalıyla danışıqlara start verilib.
Maraq üçün qeyd edək ki, klub 2023-cü ildə Silva ilə “2+2” illik müqavilə imzalayıb. Ancaq “köhlən atlar” anlaşmanın müddətinin 2 yox, daha 3 il artırılmasını istəyir.
Xatırladaq ki, 27 yaşlı müdafiəçi (o, sağ cinah yarımmüdafiəçisi kimi də effektivdi) ağdamlıların heyətində son iki mövsüm ərzində keçirdiyi 87 matçda 3 qol, 11 məhsuldar ötürmə müəllifi olub.
KƏNAN BAHADIR
Baxış sayı:109
Bu xəbər 18 İyun 2025 20:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















