Icma.az
close
up
RU
Qurban Qurbanov müasir futbol üçün bənzərsiz fenomendir İtaliya mediası

Qurban Qurbanov müasir futbol üçün bənzərsiz fenomendir İtaliya mediası

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Qurban Qurbanov müasir futbol üçün bənzərsiz fenomendir" - İtaliya mediası

Bu gün İtaliyanın bir çox tanınmış nəşri UEFA Çempionlar Liqasının 5-ci turunun "Napoli" - "Qarabağ" matçına geniş yer ayırıb. Bu yazılarda Ağdam klubuna və onun baş məşqçisi Qurban Qurbanova ehtiram ifadə olunub.

QOL.az xəbərinə görə, "Corriere dello Sport" nəşrinin yazısında qeyd edilir ki, Qurban Qurbanov “Maradona” stadionuna Napoli tarixini yaxşı bilən və sabah bütün “azzurri” mühitində qaçılmaz şəkildə hiss olunacaq bir ildönümünün - Dieqo Armando Maradonanın ölüm gününün- emosional yükünü dərk edən bir hörmətlə gəlib. 

"Qarabağ"ın baş məşqçisi dünən keçirdiyi mətbuat konfransında bu mövzudan yayınmayıb.

“O ildönümündən xəbərim var idi, Kontenin sözlərini də oxudum: bilirəm ki, qələbəni ona həsr etmək istəyirlər. Bu, onlar üçün əlavə motivasiyadır, amma bizim üçün də belədir”.

Qəzet həmçinin yazır: "Artıq 17 ildir ki, Azərbaycan klubuna rəhbərlik edən Qurbanov müasir futbol üçün demək olar ki, bənzərsiz bir fenomendir. O, münaqişə zonasını təmsil edən (keçmiş münaqişə zonası - QOL.az), amma futbol baxımından Bakıda böyüyən komanda ilə qurduğu yolun qürurunu daşıyır.

“Qarabağ bizim ölkə üçün çox önəmlidir. Mən bu məsuliyyəti azərbaycanlı kimi hiss edirəm. Bu qədər uzun müddət burada işləmək həm şərəfdir, həm də böyük məsuliyyətdir” - deyə Qurban Qurbanov bildirir.

Lakin uğur qazanmaq üçün cəsarət də lazımdır. Qurbanov bunu dəfələrlə təkrarlayır: “Qol buraxmaqdan qorxmamalıyıq, əksinə, cəsarətli olmalıyıq. Neapolda yalnız hücum futbolu oynayaraq böyük nəticə əldə etmək mümkündür”.

Mətbuat konfransında onun yanında bizim futbol üçün qısa, amma tanış bir sima da var idi: Marko Yankoviç.  SPAL və "Krotone"nin keçmiş futbolçusu, bu gün isə Azərbaycan komandasının orta sahəsinin əsas oyunçularından biri. O, nə formal kompliment verdi, nə də ehtiyatlı danışdı – sadəcə real və iddialı idi: “Bilirik ki, "Napoli" güclüdür və İtaliya çempionudur, amma bizim 7 xalımız və inamımız var. Qalib gəlsək də, gəlməsək də fərq etməz: biz həmişə və hər kəsə qarşı hücum futbolu oynayırıq. Məqsədimiz maksimumunu vermək və hörmət qazanmaqdır”.

Ona “Napoli"də ən çox kimdən çəkinirsiniz?” sualı veriləndə Yankoviç gülümsədi: “Mənim sevimlim De Bruynedir… Yaxşı ki, oynamayacaq. Amma "Napoli" onsuz da çox güclüdür”.


İtaliyanın digər məşhur idman nəşri "La Gazzetta della Sport" isə bu matçı "bir qədər ekzotik görünən oyun" adlandırıb.

Qəzet yazır: "Napoli"nin ən çətin dövrü artıq geridə qalmış kimi görünür. "Napoli" bir neçə gün əvvəl “Maradona” stadionunda "Atalanta"ya qalib gələrək dönüş etdi. Bu vacib qələbə Kontenin son vaxtlar yaşadığı narahat fikirləri dağıtdı. O, köhnə 3-5-2 sxeminə qayıdaraq sabitliyi və möhkəmliyi yenidən tapdı. Böyük ehtimalla bu düzülüş Çempionlar Liqasında da tətbiq olunacaq – həm komandanın qrupdan çıxmaq iddiasını gücləndirmək, həm də Avropada əldə edilən mənfi nəticələri yaddan çıxarmaq üçün.

Azərbaycan klubu isə bu mövsüm Çempionlar Liqasının ən böyük sensasiyalarından biridir: 4 oyunda 7 xal. Portuqaliyada "Benfika" üzərində qələbə, Bakıda isə "Kopenhagen"i məğlub etmək və "Çelsi"ni 2:2 hesabı ilə dayandırmaq. Əgər "Qarabağ" “Maradona”ndan da qələbə ilə dönə bilsə, indiyə qədər arzu kimi görünən mərhələ keçmə şansı real hədəfə çevriləcək".

"İl Napolista" nəşri isə "Qarabağ" komandasının Azərbaycan üçün mənəvi əhəmiyyətinə toxunaraq yazır: 

"Azərbaycanda idman sahəsində "Qarabağ" FK-dan daha güclü bir simvol yoxdur. Adında həm bir torpağın, həm tarixi bir yaranın, həm də otuz ildən çox davam edən müharibənin izlərini daşıyan bu klub təkcə futbol komandası deyil: xəritədən silinmiş bir şəhərin və heç vaxt evinə dönmək ümidini itirməmiş bir xalqın kollektiv yaddaşıdır".

Xatırladaq ki, Neapolda keçiriləcək “Napoli” - “Qarabağ” matçı noyabrın 25-də yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 26 noyabr saat 00:00-da) başlanacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://qol.az
archiveBu xəbər 25 Noyabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri