Qurban Qurbanov “Neftçi”yə böyük hesabla qalib gəldikləri oyunu şərh edib
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XXX turunda "Neftçi"yə böyük hesabla qalib gəldikləri oyunu şərh edib.
"Cebheinfo.az" xəbər verir ki, təcrübəli mütəxəssis matçdan sonra baş tutmuş mətbuat konfransında qələbəyə görə sevincli olduqlarını söyləyib:
"Bugünkü matçda tribunalarda çoxsaylı azarkeşlərin olması çox xoşuma gəldi. Üstəlik, bu, futbolçulara da xüsusi motivasiya verdi. Bəlkə də, azarkeş sayı az olsaydı, belə bir maraqlı matça şahidlik edə bilməyəcəkdik. Qarşılaşmadan razı qaldım. Sona qədər mübarizə apardıq və dinamikanı qoruyub, saxlamağı bacardıq. Rəqib baş məşqçi Samir Abasova uğurlar arzulayıram. Hazırda istədiyi futbolu göstərə bilməsi asan iş deyil. Baş məşqçi olaraq onu anlayıram".
Qeyd edək ki, XXX turun görüşündə "Qarabağ" doğma meydanda "Neftçi"yə 3:0 hesabı ilə qalib gəlib.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 19 Aprel 2025 23:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















