Icma.az
close
up
RU
Qurban Qurbanov niyə sevinmir...

Qurban Qurbanov niyə sevinmir...

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Futbolda dünyanın ən öndə gedən klublarının baş məşqçilərinin uşaq kimi sevindiyinin şahidi olmuşuq. Hətta əhəmiyyətsiz qola çılğınlıq nümayiş etdirənlər də az deyil. Amma “Qarabağ” tarixi qələbə qazanır, dünya mediası bunu böyük bir hadisə kimi təqdim edir, klubun baş məşqçisi Qurban Qurbanov isə yaşananları çox soyuqqanlılıqla qarşılayır. Sadə bir məsələyə alışıb-yanan insanlar üçün Qurban hocanın sakitliyi adamı özündən çıxara bilər. Yaxud da futbol bir kənarda qalar, onun dincliyi isə müsbət mənada müzakirə mövzusuna çevrilər. 

Mümkündür ki, insanlar düşünsün: bəlkə, Qurbanov hadisənin fərqində deyil, bəlkə, yaşananların şokundadır. Amma biz Qurban hocadan danışırıqsa, əminik ki, o, hər şeyin fərqindədir, yaşananlardan şoka düşməyəcək xarakterə sahibdir.

Özü “Benfika” ilə matçdan öncə yetirmələrinə “oyundan həzz almalıyıq, bura Çempionlar Liqasıdır” deyib. Lakin futbolçularına cəsarətli olmağı da tapşırıb. Təbii ki, Qurban Qurbanovun da emosiyaları var, biz onun sevinc göz yaşları görmüşük. Hərçənd üzünü gizlətməyə çalışdığını etiraf etsə də, insanların nəzərindən qaçmayıb. Beləliklə, hocanın da hisslərinə həmişə hakim kəsildiyini deyə bilmərik. Amma biz də etiraf etməliyik ki, sevincin gətirdiyi göz yaşları bu illər ərzində cəmi 2, ya 3 dəfə Qurban Qurbanovun üzündə görünüb.

Keçək əsas mətləbə: hər uğurlu sonluğun ardınca təcrübəli mütəxəssis “məsuliyyətimiz artdı” deyə nəticəni şərh edir. Bunu sualdan yayınmaq, özünü sığortalamaq naminə demədiyi aydındır. Çünki yaxşı bilir ki, narazı və narahat azarkeşlər xırda nüanslara belə fanatik mövqe bildirirlər. Adından göründüyü kimi AZAR-keş. Deməli, doğrudan da böyük düşünür, uzaq görür və üzərinə düşən vəzifənin daha da ağırlaşdığını hesab edir.

Elə bu gün hava limanında səmimi açıqlaması bunu deməyə əsas verir. "Bu nəticə "Qarabağ"ı transferə görə qınayanlara cavab idimi?" sualına isə təcrübəli mütəxəssisin reaksiyası: "İnanın ki, bu cavablar haqqında düşünmürük. Bu, dünya futbolunda gedən normal prosesdir. İstənilən klubun azarkeşi istəyir ki, daha artığı olsun. Mən bunu çox normal qarşılayıram. Biz buna hansısa formada cavab verməyə çalışarıqsa, bizim heç zaman uğurumuz olmayacaq. Biz sadəcə öz işimizlə məşğul oluruq, istənilən fikrə pozitiv yanaşırıq. Yazanlar, deyənlər bizim azərbaycanlılarımızdır. Onlar çox istəyirlər ki, biz daha uğurlu nəticələr əldə edək. Onları tam başa düşürəm. Bu cür qələbələr bizi daha da böyüdür və belə komandalara qarşı inamlı oynamağa imkan yaradır".

Azərbaycan adına durmadan çalışan, Azərbaycan futbolundan böyük klub inşa etməyi bacaran hoca! Sevincini emosional şəkildə büruzə verməməyinin səbəblərindən biri də bu ola bilər: Qarşıda görüləsi çox işlər var, sevinmək hələ tezdir. Halbuki yuxarıda qeyd etmişdik: futbolçularına “oyundan həzz alın” demişdi. Özü də qələbədən, qoldan zövq alıb çox rahatlıqla sevinə bilərdi. Klub uduzsa belə, onu heç kim qınamayacaqdı və buna heç kimin haqqı da yoxdur.

Dünya o böyük insandan danışır. Biz də – “mənim azərbaycanlılarım” dediyi kəsim də ondan danışırıq. Ola bilsin, “Qurban Qurbanov niyə sevinmir?” sualının cavabı da buradadır: məsuliyyətlə növbəti oyunlar, hadisələr haqqında planlar hazırlayır. Duruşunu pozmadan vüqarını komandasına da sirayət edir. Demək istəyir ki, sevinin, həzz alın, amma qarşıdakı möcüzələrə hazır olun.
Samir Mirzə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Sentyabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri