Icma.az
close
up
RU
Qurban Qurbanov: “Qarabağ”a əlavə oyunçular gətirməliyik”

Qurban Qurbanov: “Qarabağ”a əlavə oyunçular gətirməliyik”

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qarabağ" Çempionlar Liqası Liqa mərhələsinin 6-cı turu çərçivəsində Bakıda "Ayaks"ı qəbul edəcək.

Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çox vacib oyundur. Hazırlaşmağa çox vaxt olmadı. İstəyərdik ki, daha bir neçə gün vaxtımız olsun. Oyunun gedişatında fərqli rotasiyalar edən komandaya qarşı oynayırıq. Çox diqqətli olmalıyıq. Qarşımızda qalib gəlmək istəyən komanda var. İlk qalibiyyəti istəyəcəklər. "Ayaks"ın proqramına baxanda görərik ki, matça çox ciddi çıxacaqlar. Məşqi başqa yerdə edəcəklər. Görünən odur ki, bu qarşılaşmaya var gücləri ilə hazırlaşırlar. Çalışacağıq ki, yenə də öz istəkli oyunumuzu oynayaq. Çox istəyərdik ki, bu oyunda daha çox yaradıcı olaq. Amma rəqib birə-bir oynamağı xoşlayan, fərqli rotasiyalar edən kollektivdir. Azarkeşləri sevindirmək və uğurlu nəticə əldə etmək üçün çalışacağıq.

- Çoxları "Ayaks"a 3 xal gözü ilə baxır. Bu, komandaya müsbət, yoxsa mənfi təsir edir?

- Ən təhlükəlisi də bu cür yanaşmadır. İstənilən komandanın xalı çox ola bilər və ya olmaya bilər. Biz də Liqa mərhələsinə düşəndə, rəqiblərimizi biləndə, bizə qarşı müəyyən fikirlər var idi ki, xalımız az ola bilər. Amma indi xeyli xalımız var. "Ayaks"a belə yanaşaraq bizdən 3 xal gözləmək təhlükəlidir. Amma güvənərək gözləmək yaxşıdır. Biz kənar fikirlərə diqqət ayırmayaraq, fikrimizi tam olaraq oyuna kökləməliyik. Çalışıb düzgün və intizamlı oynamalıyıq. Qarşımızda "Ayaks" var.

- Niderland mətbuatı "Qarabağ"ı üstün hesab edir...

- Buna azərbaycanlı kimi sevinə bilərəm. Əgər "Qarabağ"ı belə dəyərləndirirlərsə, ancaq sevinmək olar. Deməli, öz oyunumuzla, nəticələrimizlə, stabil çıxışımızla bunu haqq etmişik. Təkcə bu günə qədər yox, illərin gedişatına görə belə fikir formalaşıb. Bunun oyunun gedişatına təsiri olmalı deyil. Bunu bizim işimizə verilən dəyər kimi görmək olar. Demək ki, bizi dəyərləndirirlər, güvənirlər, qiymət verirlər. Sevindirici xəbərdir.

- "Ayaks"ın sistemində dəyişikliklər olduğunu dediniz. Buna necə hazırlaşmısız?

- Oyunun gedişatında sistemdə dəyişikliklər edirlər. Bunu ilk dəqiqlərdən də edə bilirlər. Hücum xəttində fərqli sistem qururlar. Futbolçularımın oyunun gedişatında çox diqqətli olması lazımdır. Biz daha çox aktiv futbol oynamaq, rəqibə təzyiq göstərmək istəyirik. Sistemdə dəyişiklik olsa, futbolçularım bunu dərhal hiss etməlidir. Düşüncələr yalnış olmamalıdır. Olsa, qapıda təhlükə ola bilər.

style="display:block; width: 320px; height: 100px; margin: 15px auto;" data-ad-slot="13381">

- "Qarabağ" Türkiyədə "Napoli" ilə matçda da favorit göstərilirdi. Hədəflərinizin neçə faizini etmisiz?

- Düşündüyümüz nəticəni etmişik və ya etməmişik, bunu demək çətin olar. "Befnika" ilə matçda Liqa mərhələsində ilk qələbəmizi qazandıq. Bunu yenilik kimi qəbul etdik. Sonra 2-ci qalibiyyət oldu. "Çelsi" ilə matçda da bərabərlik qeydə alındı. Ümumi götürsək, çox yaxşıdır, gözəl nəticədir. Amma biz dayanmaq istəmirik. Şansımız varsa, daha da irəli getmək, güvənli olmaq istəyirik. Böyük futbolda böyük uğurlar əldə etmək üçün etdiyin bəs etmir. Minimumu əldə saxlayıb, artığını etməlisən. Bu günə kimi olan oyundan, nəticədən, futbolçularımdan çox razıyam. Daha böyük və keyfiyyətli komanda olmaq üçün yenə nəticə vermək lazımdır.

- Ötən mövsümkü "Ayaks"la indiki komandanı müqayisə edəndə ortaya hansı fərqlər çıxır?

- Futbol dedikdə həmişə "Ayaks" öndə olub. Onların oyun sistemi, oyun fəlsəfəsi, ələlxüsus da uşaq akademiyası həmişə tanınıb. "Ayaks" dedikdə Yohan Kroyf yadımıza düşür. Bugünkü baxımlı futbolun banisi odur. Belə dahi futbolçunun, məşqçinin ölkəsinin komandasıdırsa, burada məşqçilər dəyişə bilər, sistem həmişə qalacaq. Bəzi xırda detallar daim oyunun gedişatında olur. Biz heç vaxt onları düşünərək, oyuna hazırlaşmalı deyilik. "Ayaks"a qarşı oynayırıq. Qarşımızda çox ciddi komanda var.

- "Qarabağ"ın ÇL-dəki hər oyunundan sonra dünya mətbuatında çox işıqlandırılır, transfer şayiələri ortaya çıxır. "Qarabağ" qışda heyəti qoruyacaq, yoxsa oyunçuları satmağı planlaşdırırsız?

- İlin sonunda həmişə problemlər yaranır. Bir neçə oyunçumuz zədəli, yorğun olur. Mövsüm sona yaxınlaşdıqca istənilən böyük komandada problemləri müşahidə olunur. Biz daim heyətimizdə daha yaxşı, daha keyfiyyətli futbolçuların olmasının tərəfdarıyıq. Bunun da üzərində iş gedir. Dünya bazarına çıxmaq istəyiriksə, bu hallar mütləq olmalıdır. Yaxşı klublardan bizim oyunçulara təklif olarsa, bu bazara girmək üçün düşünə bilərik. Buna qədər bir meçə transferimiz olub. Özümüz də komandaya əlavə oyunçular gətirməliyik. İşin gedişatıdır. Elə şey yoxdur ki, bu futbolçu heç yerə getməyəcək, komandada qalacaq. İstəyirik ki, daha üstün liqalara getsinlər. Belə olan halda buna yox deməyəcəyik. İmkan olduğu qədər, qış transfer pəncərəsində bir neçə oyunçu cəlb etmək istəyirik ki, komandamız daha sağlam və daha keyfiyyətli olsun. \\Sportinfo.az 

Share

Tweet

Email

Share

Share

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:262
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Dekabr 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri