Qurban Qurbanov şəhid övladları ilə Foto
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün keçirilən “Qarabağ” – “Neftçi” qarşılaşması bir çox məqamlarla yadda qalıb.
“Qafqazinfo” xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) təşəbbüsü ilə planlamalara əsasən, matç 44 günlük Vətən müharibəsinin şərəfinə 18:44-də start götürüb.
Topa rəmzi toxunuşu “Neftçi” azarkeşi, şəhid mayor Rüfət Əsgərovun oğlu Xansuvar Əsgərli edib. Oyunun 42-ci dəqiqəsində isə şəhid Xudayar Yusifzadənin Vətən müharibəsi zamanı oxuduğu “Xudayar təsnifi” stadionda səsləndirilib. Bu zaman arenada Xudayar Yusifzadənin anası və yaxınları, eləcə də “Qarabağ” azarkeşi, şəhid Məhəmmədəli İbrahimlinin atası və yaxınlarının olduğu bildirilib. Tamaşaçılar onları ayaqüstə alqışlayıblar. 44-cü dəqiqədə də ilk dəfə olaraq “Qarabağ” və “Neftçi” azarkeşləri birlik nümayiş etdiriblər. Tərəflərdən biri “Şəhidlər ölməz” səsləndirdiyi zaman digər tərəf “Vətən bölünməz” qışqırıb.
Ən maraqlı məqamlardan biri isə oyunun başlamasına az qalmış yaşanıb. Planlamaya əsasən, futbolçular və hakimlər meydana şəhid övladları ilə çıxıblar. Hazırlıq zamanı onların yanından keçən Qurban Qurbanov şəhid övladlarını salamlayıb və onlarla şəkil çəkdirib.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 09 Noyabr 2025 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















