Qurban Qurbanov: Son matçımızda yaxşı oyun sərgiləmək niyyətindəyik
Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Son matçımızda yaxşı oyun sərgiləmək niyyətindəyik.
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə Yunanıstan təmsilçisi “Olimpiakos”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının oyunundan əvvəl mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis Liqa mərhələsinin son matçında uğurlu nəticəyə ümid etdiklərini bildirib:
"Liqa mərhələsində son oyunumuzdur. Çox ciddi rəqibə qarşı mübarizə aparacağıq. Düşünürəm ki, "Olimpiakos" bu mövsüm Avropa Liqasının qalibi olmağa iddialıdır. Hansı ki, ötən il Konfrans Liqasının kubokunu qazanmışdılar. Arzuları, istəkləri və hədəfləri böyük olan komandaya qarşı çıxış edəcəyik. Son matçımızda yaxşı oyun sərgiləmək niyyətindəyik".
Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin sonuncu - VIII turunun "Olimpiakos" - "Qarabağ" oyunu yanvarın 30-da, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Baxış sayı:61
Bu xəbər 29 Yanvar 2025 22:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















