Icma.az
close
up
RU
Qurban Qurbanovun oğlundan təzə trend və ya dəbdəbəli mərasimin görünməyən tərəfləri... FOTOLAR

Qurban Qurbanovun oğlundan təzə trend və ya dəbdəbəli mərasimin görünməyən tərəfləri... FOTOLAR

Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qarabağ”ın hücumçusu, təzə bəy Musa Qurbanlı toy məclislərinin yorğunluğu çıxmamış, həm Avriloqa, həm də Premyer liqa oyunlarına qatılıb. 

Mia.az xəbər verir ki, Musa “Qarabağ” Futbol Klubunun (FK) baş məşqçisi Qurban Qurbanovun yeganə oğludu və yaxınlarda ona toy ediblər. 

Baş məşqçinin qudası “Qoç Ət” MMC-nin rəhbəri Sənan Təhməzovdu. Musa onun qızı Əsmərlə evlənib. 

Yeri gəlmişkən, Əsmər ixtisasca psixoloqdu, aktiv sosial şəbəkə istifadəçisidi və sosial media üzərindən insanlara psixoloji yardım edir.

Toylar desəm, daha doğru olardı, məncə, çünki Musa üçün bir neçə məclis dalbadal təşkil olunub və onların arasında jurnalistlər üçün qurulan yemək-içmək də var. 

Toyda tanınmışların, ictimai-siyasi xadimlərin iştirak etdiyini bilirsiniz. Amma məsələn, idman naziri Fərid Qayıbovun iki oğluyla birlikdə iştirak etdiyindən xəbəriniz vardımı? 

Böyük dəbdəbə və xüsusi zövqlə qurulan məclislərin Qurbanovlara ucuz başa gəlmədiyini söyləyirlər. Bütün tədbirlər “Neolit” restoranında təşkil olunub və məlumata görə, bir qonaq üçün toy sahibi 400 AZN xərc çəkib. Maraqlıdı ki, toy sahiblərinin nəmər almadığı deyilir. Amma bu hərəkətin oğlan, yaxud qız evinə məxsus olduğu bilinmir. Mən nəmər söhbətinin əsaslı olduğuna inanmıram, sözün açığı. 

Amma məclislər necə təşkil edilib, nələr yaşanıb, bir bilsəniz.

Düzü, qız və oğlan tərəfinin dini ehkamlara bağlılığı səbəbindən mən bu məclislərin maraqlı olmayacağı qənaətindəydim. Düşünürdüm, gəlin ortada görünməyəcək, standart bəzəklərdən uzaq olacaq, musiqi yox, yalnız dindarların toplandığı dərvişsayağı toplantı və s. və ilaxır.

Yanıldım, özü də nə yanıldım. 

Ağzım açıq qaldı, desəm, doğrudu, vallah.

Yox, demirəm ki, gördüklərim, müşahidə etdiklərim qeyri-adiydi. Bundan daha dəbdəbəli toylar olur bizdə. Mən sadəcə, dini ehkamları həyatının orta yerinə qoyaraq çox vaxt rəngsiz olan adamların içindəki rənglərə aşiq oldum. Keyifləndim, nə gizlədim.

Sosial şəbəkələrdə yayılan görüntülərdən məlum oldu ki, Musanın ailəsi mental və dini dəyərlərlə Avropa trendlərinin uzlaşdırmasından, detalların və ümumi görüntünun birləşdirilməsindən ibarət zövqlü tədbirlər silsiləsi təşkil edib və bunu mütəxəssislərin, bu sahədə çalışan peşəkar insanların və şirkətlərin dəstəyindən istifadə etməklə həyata keçiriblər.

Məsələn, Musa ilə Əsmərin əvvəlcə Avropasayağı nişanı olub. Nişan boxçasını oğlan tərəfi tanınmış brendlərlə bəzəyib. 

Daha sonra elə o cür müasir nigah mərasimi təşkil edilib. Açıq havada düzülən yanaşı stullarda əyləşən məhdud sayda qonaqların qarşısına bəylə gəlin əl-ələ tutaraq çıxıblar. 

Ümumiyyətlə, bütün məclislərdə gəlin son modern bəzənməsiylə diqqəti çəkib: dırnaqlar zövqlə boyanmış, bahalı aksesuarlar. Bəyinsə smokinqi, boynunda bantiki, yaxasında gülü. Yəni, tam bir şarm. Gəlin hər məclisdə bir-birindən fərqli gəlinliklər geyinib. Bunların ümimi qiymətinin 100 min manatdan yuxarı olduğunu pıçıldayır qlamur xanımlar sosial şəbəkə hesablarında. Üzüklər fantastik qiymətəymiş onların dediyinə görə.

Gəlinin ayaqqabıları “Jimmy Choo” brendinə məxsus olmaqla, kristallarla bəzədilmiş və  qiyməti endirimlə 1347 dollar təşkil edib.

Nigahdan sonra qız toyu və xına olub. Musanın öz toyu kişi məclisi kimi ayrıca keçirilib.

Amma toyda musiqi-falan-filan yoxmuş da, yaxud musiqiçilər qadınmış da, heç doğru deyil, düz demirlər, biləsiniz. Dindar toylarında oynamırlar, deyənlər də bilsin ki, xanımların məclisində oxuyublar da, oynayıblar da.

Musiqi də olub, musiqiçilər, oxuyanlar, oynayanlar da. Kişilər də olub musiqiçilərin və foto-video çəkənlərin arasında. Zatən bəylə-gəlinin toy şəkillərini və videolarını çəkənlər elə kişilər imiş. Heç kim dərviş kimi qara bağlamayıb. Gülüb, əylənib qonaqlar. Aralarında qapalı geyimli xanımlardan tutmuş, açıq dekolte geyimlilərə qədər, fərqli kontingent olub. Kişi və qadın ofisiantlar xidmət göstərib qadın toyunda. 

Yeri gəlmişkən, foto və video çəkilişlər Hilton Bakı otelində keçirilib. Bu prosesi bir neçə peşəkar qrup idarə edib.

Əsas təşkilatçı tanınmış prodüsser və tədbir rejissoru olan Samirə Xasməmmədova olub. Bütün məclislərin planlaşdırılması ona aid imiş. 

Gəlinin toy günü geyindiyi gəlinlik isə Neftçilər prospektində yerləşən, toy və ziyafət geyimlərinin bahalı ünvanı olan “Vegulweddingrooms” mağazasından seçilib. Gəlinin makiyajını  tanınmış meykap ustası Sura Hüseyn edib. Gəlinin hicabını Lalə Əsədzadə hazırlayıb. Fotoşəkillərin müəllifi tanınmış fotoqraf Əfsər Mirzoyevə məxsusdu. Videolar isə toy və ziyafətlərin peşəkar çəkilişini həyata keçirən “Kəngərli Media Holdinq” (Kengerli Wedding Cinematography) tərəfindən təşkil edilib. Hilton Bakıda çəkilişlər zamanı foto-video studiyanın yaradılması üçün ArtDecor mağazasının xidmətindən istifadə edilib. 

Bəs o şəkillərdə və videoda nələr vardı? 

Mən deyim: Musanın ehmallıca gəlinin əlini oxşaması, gəlinin onun çiyninə toxunaraq gücün simvolu olan bu kişi çiyninin yalnız ona məxsus olmasından dolayı verbal, səssiz hava atması və forsu, zərif duruşuna sığdırdığı naz-qəmzə. Kim deyər ki, bu iki dindar evliliyidi? 

Bu toy silsiləsi özünəməxsus dəbdəbəsiylə yanaşı, standart dini ehkamların yumşaq şəkildə müasir trendə uyğunlaşdırılmasının təntənəsiydi məncə.

Tabuyla müşayiət olunan dini qadağaların fonunda hətta kiçik detalların belə sevgi dolu baxışlara inteqrasiyası və yüngül, xəfif toxunuşların simfoniyasıydı.

Sosial şəbəkələrdə qabağma bir post çıxdı. Yazıb ki, adamın biri, “Nə dini toydu, nə dünyəvi. Hər ikisindən bir az olan toydu bu”. Xoşuma gəldi.

Əgər Musayla Əsmər bu toyla yeni bir trend yaratdıysa, boynuma alıram: mən sevdim bu trendi.

Xoşbəxt olsunlar!

Zülfiyyə Mustafayeva
Mia.az

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://mia.az
archiveBu xəbər 19 Sentyabr 2025 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see661

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see282

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see260

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see238

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see223

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see217

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see200

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see189

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see187

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see172

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see159

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see155

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see147

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see144

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri