Almaniyada hərbi gəmilərə qarşı təxribat törətməkdə şübhəli bilinən əcnəbilər saxlanılıblar
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Almaniyanın Hamburq limanında hüquq-mühafizə orqanlarının əməkdaşları gəmilərə qarşı təxribat törətməkdə şübhəli bilinən Rumıniya və Yunanıstandan olan iki işçini saxlayıblar.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Bild" məlumat yayıb.
Baş Prokurorluğun məlumatına görə, 2025-ci ildə hər iki təqsirləndirilən şəxs Hamburq limanında işləyərkən Federal Silahlı Qüvvələrin dəniz qüvvələrinin gəmiqayırma zavodunun ərazisində yerləşən bir neçə gəmisində "manipulyasiyalar həyata keçiriblər". Onlar gəmilərin mühərrikinə 20 kq-dan çox çınqıl töküb, su borularını deşib, yanacaq çəninin qapaqlarını çıxarıb və gəminin elektron sistemindəki təhlükəsizlik açarlarını söndürüblər.
Problem yalnız yanvar ayının ortalarında "Emden" korvetinin Kil şəhərinə ilk səfərindən əvvəl göyərtəsində aparılan yoxlama zamanı aşkar edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 03 Fevral 2026 20:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















