Qurbanovun oğlunun qolu həlledici oldu
Icma.az, News24 saytına istinadən bildirir.
"Qarabağ"ın futbolçusu Musa Qurbanlı son iki oyunda hücum xəttindəki məhsuldarlığı ilə seçilir.
News24.az xəbər verir ki, 22 yaşlı hücumçu bu gün Misli Premyer Liqasının 3-cü turundan "Şamaxı" ilə təxirə salınmış matçda komandasının qələbə qolunu vurub. Matçın son saniyələrində - 90+4-cü dəqiqədə rəqib qapısına yol tapan futbolçu "Qarabağ"a 3 xal qazandırıb.
M.Qurbanlı Misli Premyer Liqasının 17-ci turunda "Sumqayıt"la oyunda (5:0) isə dubl etmişdi. Göründüyü kimi, iyun ayında "Yurqorden"dən (İsveç) "Qarabağ"a qayıdan Musa 6 oyunda fərqlənə bilməsə də, son iki matçda 3 qol vurmağı bacarıb.
Azərbaycan millisinin də üzvü olan futbolçu bu mövsüm Misli Premyer Liqasında meydana çıxdığı 8 oyunda 2 qol ötürməsi də edib.\qol.az
Baxış sayı:119
Bu xəbər 19 Dekabr 2024 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















