Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Səhiyyə Nazirliyində yeni təyinat

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Qürbət havasının Vətən ətri

Qürbət havasının Vətən ətri

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Ötən günlərdə xaricdən gələn üzücü bir xəbər Bakıda çoxlarını sarsıtdı: tanınmış jurnalist, şair-tərcüməçi Zülfüqar Rüfətoğlu uzunsürən xəstəlikdən sonra 66 yaşında Londonda müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 

...Şeirlərinin birində “Qəfil şaxtada quş kimi budaqda donub qaldım” – deyən Zülfüqarın acı xəbərini eşidən kimi Böyük Britaniyada – Sauthempton şəhərində yaşayan uşaqlıq dostum, şair Rauf Qaraişığa zəng etməyə çalışdım, amma alınmadı. Sonra onun “FB” səhifəsini açdım. Gördüm ki, Zülfüqarla çəkilmiş bir şəklini paylaşıb. Mətn yerində isə yazıb: “Vahid Qazi (o da oralarda yaşayır) səhər tezdən London pabında çəkdiyi şəkli mənə göndərmişdi. Baxdım, gördüm Zülfüqarla mənim şəklimdir. Eləcə bu şəkil. Sözsüz, səssiz-səmirsiz. Zülfüqarı görən kimi, gülümsündüm, gözəl bir gün keçirmişdik o gün üçümüz bir yerdə... Sən demə, Zülfüqar artıq çıxıb gedib bu dünyadan əlimiz çatmayan yerə... Sonradan başa düşdüm ki, qəriblikdə ölüm xəbərini sözsüz çatdırarlar”.

Beləcə, Zülfüqar Rüfətoğlu qayıtmayacağı yerə getdi, bir vaxt şerində yazdığı kimi:

Qayıtmayan şeylər vardır –

Göz yaşı gözə qayıtmır,

Çox “hələlik” deyən dostlar,

Gedir və bizə qayıtmır...

Z.Rüfətoğlu “Şirbalanın məhəbbəti” filminin ssenari müəllifi, “Səhər” qəzetinin təsisçilərindən biri, “Mavigözlü ögey ana” şeirlər kitabının müəllifidir. 1991-ci ildə “Qızıl qələm” mükafatına layiq görülüb. Eyni zamanda, “BBC Azərbaycan” xidmətində işləyib.  

Onu da bildirək ki, Londondakı “Garden of Firdaus” müsəlman məzarlığında dəfn   olunan Zülfüqar Rüfətoğlu Azərbaycan yazıçısı, satirik şair, ssenarist Rüfət Əhmədzadənin oğludur. O bizim “Xalq qəzeti” (ovaxtkı “Kommunist”) redaksiyasında da çalışıb. Parlamentdən yazdığı sərbəst reportajları maraqla qarşılanlıb, bəzən danlanıb da. Özü bu barədə deyirdi ki, dəfələrlə ona görə söz gəlib “Kommunist” qəzetinə. Baş redaktor Tofiq Rüstəmov hərdən çağırırdı ki, Mərkəzi Komitədən zəng eləmişdilər, yazmağına yaz, amma ehtiyatlı ol. SSRİ-nin dağılması ərəfəsində cəmiyyət həyatında müəyyən aşkarlıq havası yaranmışdı deyə, yuxarıda da nələrisə görməməzliyə vururdular... 

Sonra BBC-nin müxbiri işlədi, Londona köçdü. İllərcə həmin radiostansiyadan Zülfüqarln vicdanlı vətəndaş səsi gəldi. Yetirmələrinin dediyinə görə, hər zaman Azərbaycan dilini böyük mühafizəkarlıqla qorumağa çalışırdı, lüğət tərkibinə yersiz, yad müdaxilələri qəbul etmirdi. Deyirdi ki, ilk növbədə, sözlə məşğul olan adamlar  dilə hörmət etməsələr, dil sıradan çıxar. 

...Cəsarətli jurnalist idi. 1990-cı illərdə İrəvana gedən ilk Azərbaycanlı jurnalistlərdən biri olaraq, sərhəddə Azərbaycan pasportunu çəkinmədən təqdim etmişdi, həm də BBS müxbiri olduğuna görə ölkəyə girişinə əngəl ola bilməmişdilər. Zülfüqar orada ermənilərin həyat məqamlarını 10 hissəli “Atəşkəs kölgəsində” adlı radio serialı ilə azərbaycanlı dinləyicilərinə çatdırmışdı. 

...Şuşa işğal altında olanda özünün yazdığı bu misralar çatırmış dadına:

Hər gün Şuşaya gedirəm,

Google-un xəritəsində.

Gözlərimlə dayanıram

Düz Şuşanın ortasında...

Raufa deyirmiş ki, darıxma, gedib Cıdır düzündən üzü uçurumlara kağız təyyarələr uçurdacağıq. 

...Digər həmkarı – İbrahim Nəbioğlu onun efirdən gələn yapışıqlı səsinin, diksiyasının tərifini belə verib: “İki möhtəşəm səs var Azərbaycan tele-radio məkanında – Aydın Qaradağlı və Zülfüqar Rüfətoğlu”. 

...Bakı üçün darıxırdı. Qürbətdə isti bir ünsiyyətə ehtiyacı vardı. Cismi Londonda, ürəyi Bakıda idi onun. Bəlkə də Vətənə dönüş barədə düşünürdü. Bir şeirində yazmışdı: 

O yerləri gözüm görsə, tanıyacaqdır,

Çünki orda anam gəncdir, atamsa ­sağdır...

  O, həm də gözəl tərcüməçi idi.  İrlandiyalı Robert Rodney Ruelsin həsrət motivli şeirində ənənəvi mövzunu özünəməxsus tərzdə belə ifadə etmişdi:

Səsi batırsaydı sənsiz darıxmaq,

Dünya danışmazdı, səssiz olardı.

Yağmur yağdırsaydı sənsiz darıxmaq,

Dünyanın hər yeri dəniz olardı. 

Jurnalistika ilə məşğul olmasaydı, şair kimi daha çox tanına, sevilə bilərdi. Çox vaxt ürək odunu publisist yazılarına köçürdüyünə görə, şeir yazmağa, qaynar ədəbi mühitdə olmağa elə də vaxt çatdırmayıb (Bir də ki, BBC-nin daxili qaydalarına görə, əməkdaşlara şeir yazmağa icazə verilmirmiş). Yeri gəlmişkən deyək ki, Zülfüqar Əhmədzadələrin  3-cü nəsil jurnalisti olub. Oğlu  Tural isə 4-cü nəsli təmsil edir. Londonda təhsil alıb, orada bu sahədə işləyir.

Zülfüqarın gedənlər haqqında bir şeiri də yada düşür:

Gedənlər ölməyiblər...

Və gedənlər qayıdır...

Ardınca isə onun “Gecəyarı qapıları döyməyin” şeiri gəlir:

Gecəyarı qapıları döyməyin,

Ürək var ki, tıqqıltıya dayanar.

Gecəyarı qapıları döyməyin,

Yetim var ki, möcüzəyə inanar.

Elə biz də inanırıq ki, o, qayıdacaq. Ən azı, həzin xatirə kimi, duyğu kimi qayıdacaq...

Əli NƏCƏFXANLI 
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Noyabr 2024 23:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see484

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see455

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see332

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see329

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see263

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see246

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see245

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see237

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see229

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see224

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see223

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see218

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see212

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see210

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see207

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see204

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see195

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see182

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see174

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri