Icma.az
close
up
RU
Rüfət: məchul qürbət yox, rahat həyat!

Rüfət: məchul qürbət yox, rahat həyat!

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Qayıt, yerinə qoy Ayı, Günəşi —
Yenə olduğu tək görüm həyatı.
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, səhmana sal bu kainatı.
Təbii ki, Azərbaycan poeziyasının sönməz ulduzlarından biri Əli Kərim bu şeiri Rüfət Abdullazadənin 5 aylıq Xorvatiya səyahətindən sonra vətənə qayıtmasına həsr etməyib. Ona qalsa, Əli Kərim dünyasını dəyişəndə Rüfətin həmin dünyaya göz açmasına hələ 32 il qalırdı. Sadəcə, gənc vingerin vətənə gözlənilən və gözlənilməz dönüşünü “vəsf etmək” üçün bundan yaxşı giriş tapa bilmədim. Daha doğrusu, qəzəbimi məhz belə soyutmağı lazım bildim.
Bu yöndə fikirlərimi bölüşməmiş elə həmin Rüfətə tribuna vermək istəyirəm. Yanvarın 2-də verdiyi açıqlamanı diqqətlə oxuyun ki, onun cəmi 4 gün sonra “Zirə” ilə müqavilə bağlamaqla bağlı qərarını anlaya biləsiz. Ya da bəlkə anlaya biləsiz. Şəxsən mənim gözümdə şəxsiyyətin ikiləşməsidi, başqa bir şey deyil:

“Yeni ölkə, yeni futbol, yeni həyat... Uyğunlaşmaq bir qədər çətin idi. Ancaq tədricən öyrəşdim. Hələ ki olmaq istədiyim səviyyədə deyiləm. Sadəcə, işlərin pis getdiyini də deməzdim. Komandada münasibətlər yaxşıdı. Sakit şəhərdi, futbola fokuslanmaq olur. Xorvatiyada işlərim tam qaydasındadı. Ancaq bundan sonra nəyin necə olacağını dəqiq deyə bilmərəm”.

Deməli, dostlar, bir müddət əvvəl ilin futbolçusu adına namizədlərin “10-luğ”unu tərtib edəndə bəzən belə məsləhətlər, hətta iradlar da olurdu ki, Rüfətin adını niyə siyahıya salmırsız? Təbii ki, mən müqavimət göstərirdim. İlin ikinci yarısını “Kayzerslautern”də boşa verən Mahir Emreli kimi, Abdullazadəni də bu siyahıya salmaq başqalarının haqqına girmək, yəni ədalətsizlik etmək olardı. Ətrafda bu qədər ədalətsizlər varkən “Futbol+”in də eyni cür davranması olmazdı və olmadı da! Və nə yaxşı ki, olmadı!
Rüfət iyuldan bəri Xorvatiyada göstərdiyi (əslində göstərmədiyi də yazmaq olar!) oyunla ən yaxşılar arasına düşməyə layiq deyildi. Axı ən yaxşı adına iddia etmək üçün əvvəlcə legioner həyatı yaşadığın ölkədə ad çıxarmalısan. Ad çıxarmaq bir yana – bu, bir qədər mücərrəd anlayışdı, zövqə görə dəyişir. Amma ən azı komandanda əsas heyətə düşməyi bacarmalısan. Rüfət bunu bacarmadı, elə həmin ölkənin bir başqa klubunda və ya başqa ölkədə özünə yeni iş yeri tapmaq əvəzinə ən asan çıxış yolunu seçdi – doğma Abşeron yarımadasına döndü. Bəli-bəli, düz deyirəm, Zirə də Abşeron yarımadasına aiddi.
Az əvvəl xatırlatdığım açıqlamada belə bir ifadə də var:

“Xorvatiyada futbol daha sürətli və sərtdi, orda səhvlərə yer yoxdu. Onlar bu planda bizdən xeyli irəlidədi”.


Mənə elə gəlir ki, yavaş-yavaş mənzərə aydınlaşır. Rüfətə cəmi beş ay bəs etdi ki, Xorvatiya, dolayısıyla Avropa futbolunda ona yer olmadığını anlasın. “Sumqayıt”da, “Səbail”də, hətta bəlkə “Zirə” də kral olmaq mümkündü, “Varajdin”də isə bunun üçün adama həm də DÖT (düşüncə, özəllik və texnikanın abbreviaturası kimi oxuyun...) lazımdı.
Nə qədər acı olsa da, daha bir gənc, cəmi bir həftə sonra 25 yaşını tamamlayacaq, başdan-ayağa müstəqil futbolumuzun yetirməsi olan şəxs vətənə qayıdır. Əli ətəyindən uzun, heç nəyə nail olmadan, getdiyi ölkədə heç bir iz buraxmadan.
Düzü, bundan sonra nə yazacağımı bilmirəm. 5 aydan sonra qayıdacaqdınsa, niyə gedirdin? Futbolçu potensialın və keyfiyyətlərin Xorvatiyada oynamağa, rəqabət aparmağa imkan verməyəcəkdisə, niyə məhz həmin ölkədən başlayırdın? Bu yaşda legioner həyatının çətinliklərinə dözə bilmədinsə, vətənə qayıtdınsa, sənə necə Azərbaycan futbolunun gələcəyi gözü ilə baxmaq olar? Ümumiyyətlə, Ayxan Abbasov yox, lap Pep Qvardiola olsun, belə təfəkkürlü futbolçularla necə ciddi, rəqabətədavamlı yığma qurmaq mümkündü ki?
Aparıcı futbolçularımız Mahir Emreli, Rüfət Abdullazadədisə, vay bizim halımıza... Əl-Fatihə!
HUŞƏNG
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 Yanvar 2026 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see927

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see389

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see340

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see328

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see305

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see297

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see260

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see258

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see239

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see214

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see213

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see209

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see208

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see201

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see200

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see200

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see199

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see184

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see179

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri