Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Qurtuluşdan şanlı qələbəyə: Azərbaycanın uğur formulunun strateji əsasları

Qurtuluşdan şanlı qələbəyə: Azərbaycanın uğur formulunun strateji əsasları

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

“Azərbaycanın müasir dövlətçilik tarixində 15 İyun – Milli Qurtuluş Günü təkcə siyasi hakimiyyət dəyişikliyi ilə xarakterizə olunan tarix deyil. Bu gün əslində dövlətçiliyin dağılmaq təhlükəsindən xilas edilməsi, milli inkişaf modelinin müəyyənləşdirilməsi və gələcək uğurların strateji təməlinin qoyulması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu gün əldə olunan hər bir uğurun, o cümlədən Qarabağ Zəfərinin və tam suverenliyin bərpasının kökləri məhz 1993-cü ildə qəbul edilmiş taleyüklü qərarlara söykənir”.

Bunu Ölkə.az-a açıqlamasında deputat Asif Əsgərov deyib.

Onun sözlərinə görə, 1990-cı illərin əvvəllərində Azərbaycan mürəkkəb geosiyasi və daxili siyasi böhranla üz-üzə qalmışdı. “Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqların işğalı, hakimiyyət uğrunda mübarizə, iqtisadi tənəzzül və dövlət institutlarının zəifləməsi ölkəni faktiki olaraq parçalanma təhlükəsi ilə qarşı-qarşıya qoymuşdu. Belə bir şəraitdə Heydər Əliyevin hakimiyyətə qayıdışı sadəcə siyasi hadisə deyil, dövlətçilik institutlarının bərpası və milli təhlükəsizliyin təmin olunması baxımından strateji dönüş nöqtəsi oldu”, - o qeyd edib.
O əlavə edib ki, Milli Qurtuluşun əsas nəticəsi ölkədə sabitliyin təmin edilməsi idi: “Çünki sabitlik olmadan nə iqtisadi inkişaf, nə güclü dövlət quruculuğu, nə də müasir ordu yaratmaq mümkün deyildi. Məhz 1993-cü ildən sonra həyata keçirilən siyasət dövlət idarəçiliyində vahid mərkəzin formalaşmasına, qanunun aliliyinin təmin olunmasına və ölkənin gələcək inkişaf strategiyasının müəyyən edilməsinə imkan yaratdı.

Bu mərhələdə qəbul edilən ən mühüm qərarlardan biri Azərbaycanın enerji strategiyasının formalaşdırılması oldu. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" təkcə iqtisadi layihə deyildi. Bu saziş Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərini gücləndirdi, ölkəyə milyardlarla dollar investisiya cəlb etdi və gələcək iqtisadi müstəqilliyin əsaslarını yaratdı. Sonrakı illərdə əldə edilən maliyyə resursları infrastrukturun yenilənməsinə, sosial proqramların həyata keçirilməsinə və ən vacibi güclü ordu quruculuğuna yönəldildi.

Əslində 2020-ci ildə qazanılan Vətən müharibəsi Zəfərini yalnız 44 günlük hərbi əməliyyatların nəticəsi kimi qiymətləndirmək düzgün olmazdı. Bu qələbə uzun illər ərzində aparılan siyasi, iqtisadi, diplomatik və hərbi hazırlığın məntiqi yekunu idi. Güclü iqtisadiyyat, müasir silahlı qüvvələr, milli birlik və müstəqil xarici siyasət kursu Azərbaycanın hərbi üstünlüyünü təmin edən əsas amillər oldu.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası yeni mərhələyə qədəm qoydu. Azərbaycanın beynəlxalq nüfuzu artdı, enerji və nəqliyyat layihələri ölkəni regionun əsas geosiyasi aktorlarından birinə çevirdi. Nəticədə ölkə təkcə iqtisadi və siyasi deyil, həm də hərbi baxımdan regionun aparıcı güc mərkəzi statusunu qazandı.

2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri isə Azərbaycanın dövlət suverenliyinin tam bərpasını təmin etdi. Bununla da 1993-cü ildə başlanmış dövlətçilik missiyası yeni tarixi mərhələyə keçdi. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri, Böyük Qayıdış Proqramının icrası və azad olunmuş ərazilərin iqtisadi dövriyyəyə inteqrasiyası həmin siyasətin real nəticələri kimi çıxış edir.

Müasir Azərbaycanın inkişaf təcrübəsi göstərir ki, dövlətin gücü ilk növbədə siyasi sabitliyə, güclü idarəetməyə, milli həmrəyliyə və uzunmüddətli strateji baxışa əsaslanır. Milli Qurtuluş Günü məhz bu prinsiplərin təntənəsi kimi tariximizdə xüsusi yer tutur. 15 İyun təkcə keçmişin xatirəsi deyil, həm də Azərbaycanın gələcək inkişaf yolunun fəlsəfəsini müəyyən edən tarixi hadisədir.

Bu gün Milli Qurtuluşdan başlayan yol Azərbaycanın tarixi Zəfərinə, tam suverenliyinə və regionun aparıcı dövlətlərindən birinə çevrilməsinə gətirib çıxarıb. Bu baxımdan Milli Qurtuluş Günü müasir Azərbaycan dövlətinin uğur formulunun başlanğıc nöqtəsi kimi qiymətləndirilə bilər”.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 İyun 2026 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see345

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see325

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see304

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see293

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see282

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see267

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see255

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see244

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see240

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see224

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see220

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see216

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see209

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see209

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see195

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see185

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see173

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see170

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri