Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Müstəqil Azərbaycanın demokratik hüquqi əsasları

Müstəqil Azərbaycanın demokratik hüquqi əsasları

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Konstitusiya və Suverenlik İli

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında 28 dekabr 2024-cü il tarixli Prezident sərəncamında deyilir: “Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir”.

Doğrudan da, 30 il əvvəl ilk demokratik Konstitusiyanın qəbul edilməsi çağdaş tariximizə qızıl hərflərlə yazılmış hadisə olmuşdur. Müstəqillik qazanmış xalqımızın həyatında ötən əsrin son onilliklərindən bəri sevinclə andığımız, qürurla xatırladığımız belə önəmli günlər çox olub. Milli Dirçəliş gününü, dövlət müstəqilliyimizin bərpa edildiyi tarixi, Qayıdış, Qurtuluş kimi əlamətdar tarixləri, ilk Konstitusiyamızın qəbul edilməsinin ildönümlərini həmişə gülər üzlə, xoş xatirələrlə qələmə almışıq.

Ancaq son 5 ildə həmin qürur mənbələrimizin sırasına qəlbimizə daha böyük sevinclər bəxş edən iki əlamətdar tarix də yazıldı. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsindəki tarixi Zəfərimizi və cənab Prezidentin 2024-cü il sentyabrın 19-da imzaladığı sərəncamla tarixə düşən Dövlət Suverenliyi Gününü nəzərdə tuturam. Bəlkə də bir hüquqşünasın hansısa ehtimalla fikir səsləndirməsi birmənalı qarşılanmaz. Hər halda mən ehtimal edirəm ki, Dövlət Suverenliyi Günü bütün azərbaycanlıların ürəyində ən böyük sevinc mənbəyinə çevrildi.

Bu arqumentimi əsaslandırmaq üçün cənab dövlət başçımızın adını çəkdiyim sərəncamından iqtibas gətirmək istəyirəm. Sərəncamın preambulasında deyilir:

“2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır”.

Cəmi 23 saat davam etdirilən əməliyyatlar, on illər boyu həsrətlə yolumuzu gözləyən torpaqlarımızın əsarətdən birdəfəlik qurtarması, bütün şəhər və kəndlərimizdə Azərbaycan Bayrağının ucaldılması, ən başlıcası – ölkəmizin BMT-yə üzv olduğu zaman göstərilən ərazilərimizin hamısında suverenliyimizin bərpa eüdilməsi… Möhtəşəm bir tarixə şahidlik etdiyimizə görə xoşbəxtik. Əminik ki, bu xoşbəxtliyimiz əbədi olacaq.

Ancaq məmnunuq ki, cənab Prezident əldə etdiyimiz bu nailiyyətlərlə kifayətlənməyərək, Kremlin müxtəlif dövrlərdə – min bir bəhanə və hiylə ilə Ermənistana bəxş etdiyi bəzi tarixi torpaqlarımızın da geri alınmasına çalışır və buna nail olur. Cənab Prezident ötən il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində bu məsələyə toxunaraq dedi ki, 2024-cü ildə bir çox önəmli hadisələr baş vermişdir. Onların arasında ən vacib məsələ Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal altına düşmüş dörd kəndinin işğaldan azad edilməsi idi: “Bu kəndlər haqqında biz heç vaxt öz mövqeyimizdən bir addım belə geri atmamışdıq. Bu kəndləri biz heç vaxt unutmamışdıq. Sadəcə olaraq, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının öz məntiqi var idi. Hər şeyi, bütün məsələləri biz inamla və ardıcıllıqla həll etdik”.

Bu tarixi proseslər hamının gözünün qabağında olduğuna görə hər birimizin yadındadır ki, ölkə rəhbərliyi birinci mərhələdə Qarabağın və Şərqi Zəngəzurun böyük hissəsini 2020-ci ildəki Vətən müharibəsində – işğalçılardan azad etdi. Bu bir faktdır ki, dövlət suverenliyimizin bərpası ordumuzun yaratdığı reallıqları daha da gücləndirdi və qüdrətli Azərbaycan dövləti Cənubi Qafqazda diplomatik, beynəlxalq və siyasi müstəvidə söz sahibinə çevrildi. O da hamının gözü qarşısındadır ki, artıq bütün dünya yeni reallıqları qəbul edib.

O ki qaldı müstəqil Azərbaycanın ilk Konstitusiyasının 30 illiyinə, xatırladım ki, xalqımız haqlı olaraq həmin Əsas Qanunumuzu Heydər Əliyev Konstitusiyası adlandırır. Doğrudur, Azərbaycan Respublikasının ötən əsrin 70-ci illərində qəbul edilmiş Konstitusiyasına da Heydər Əliyev Konstitusiyası deyilirdi. Ulu öndərimiz haqqında olan arxiv sənədlərində deyilir ki, ötən əsrin 70-ci illərin ortalarında “inkişaf etmiş sosializm” cəmiyyəti üçün Əsas Qanunun işlənib hazırlanması zərurəti ortaya çıxmışdı. Uzun sürən müzakirələrdən sonra SSRİ-nin üçüncü Konstitusiyası 1977-ci il oktyabrın 7-də qəbul edildi. 1978-ci il aprelin 21-də Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar yeddinci sessiyasında isə respublikamızın sayca dördüncü Konstitusiyası qəbul edildi. İlk dəfə idi ki, Azərbaycan Konstitusiyasında insanların sağlamlığının mühafizəsi, mənzil hüququ, mədəniyyət nailiyyətlərindən istifadə etmək hüququ, yaradıcılıq azadlığı təsbit edilirdi. Ən başlıcası, həmin Konstitusiyada Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olduğu göstərilirdi. Bu isə Heydər Əliyevin həmin dövr üçün böyük uğuru idi.

Başqa bir materialfda isə oxuyuruq ki, 1995-ci il noyabrın 12-də qəbul edilmiş ilk Konstitusiyamız zamanın bütün çağırışlarına cavab verirdi. Çünki həmin Əsas qanunumuzun layihəsini ulu öndər Heydər Əliyev öz əli ilə yazmışdı.

Qeyd edilir ki, ilk bəndi “Dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır” müddəası ilə başlanan 1995-ci il Konstitusiyamız barədə danışarkən xüsusilə qeyd edilməli məqamlar çoxdur. Belə ki, bu əsas qanunumuz parlamentin qərarı ilə deyil, xalqın referendumda verdiyi səslə qəbul edilmişdir. Daha bir önəmli məqam Əsas Qanunda Azərbaycanın dövlət quruculuğunun əsasları müəyyən edilmiş, respublikamız demokratik, hüquqi, dünyəvi bir dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritet olduğu və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçməsi idi. 1978-ci il Konstitusiyasından fərqli olaraq yeni Konstitusiyada qanunvericilik hüququ ancaq Milli Məclisə verilir. Bir palatalı parlament olan noyabrın 12-si hər il Konstitusiya Günü kimi qeyd edilir.

Otuz yaşlı Əsas Qanunumuzun Preambulasında Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ayın və mühüm niyyətlər bəyan edilmişdir. Bu niyyətlər ümumilikdə Konstitusiyanın mütərəqqi dəyərlərini əks etdirir.

Mütərəqqi təfəkkürə malik olan Avropa qanunvericilərinin fikrincə, Azərbaycanın 1995-ci ildə qəbul edilmiş Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqları, onların reallaşdırılmasının ümumi mexanizmləri olduqca geniş şəkildə öz əksini tapıb. Konstitusiyada bu hüquq və azadlıqlar xüsusi imtiyaz olaraq deyil, məhz hər kəsin doğulduğu andan malik olduğu toxunulmaz, pozulmaz və ayrılmaz ali dəyərlər kimi ifadə edilir.

Öz hüquqşünas və ekspertlərimizin fikrincə isə, insan hüquqlarına etibarlı və davamlı təminat yaradan Konstitusiyanın ən üstün cəhətlərindən biri bir fəslin tamamilə hüquqi dövlətdə təmin edilməsi zəruri olan hüquq və azadlıqlar, onların həyata keçirilməsi mexanizmlərini ehtiva etməsidir.

Fikrimcə bu sətirləri ulu öndər Heydər Əliyevin fikirləri, arqumentləri ilə yekunlaşdırsaq daha ədalətli olarıq: “Bu Konstitusiya Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır. Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir”.

Aybəniz FƏRƏCOVA,
Şərur Rayon Qeydiyyat Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:307
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Fevral 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see608

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see280

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see273

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see263

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see255

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see248

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see245

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see228

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see223

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see222

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see215

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see213

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see201

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see198

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see190

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see189

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see188

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see175

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see175

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri