Icma.az
close
up
RU
Quru sərhədlər İrandakı soydaşlarımız üçün açıla bilər? “Sərhədlərin bağlı olması ideyası daha böyük məna və əhəmiyyət kəsb edir”

Quru sərhədlər İrandakı soydaşlarımız üçün açıla bilər? “Sərhədlərin bağlı olması ideyası daha böyük məna və əhəmiyyət kəsb edir”

Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Məclisin deputatı Elman Nəsirov İran-İsrail müharibəsi ilə əlaqədar quru sərhədlərin İranda yaşayan azərbaycanlıların ölkəmizə gəlişinə şərait yaratmaq məqsədilə açılması barədə müzakirələrə münasibət bildirib.

Deputat Pravda.az-a açıqlamasında deyib ki, hazırkı məqamda quru sərhədlərin  açılması çox həssas məsələdir.

“Quru sərhədlərin bağlı olması ilk növbədə təhlükəsizlik məsələlərindən irəli gəlir. Müharibənin davam etdiyi və milyonlarla qaçqın ordusunun yarana biləcəyi reallıqda, təbii ki, sərhədlərin bağlı olması ideyası daha böyük məna və əhəmiyyət kəsb edir.  Biz qaçqın ordusunun nə olduğunu bütün dünya ölkələrindən daha yaxşı dərk edirik və fərqindəyik. Ermənistanın təcavüzü nəticəsində bizim də 1 milyondan çox qaçqın və məcburi köçkünümüz olmuşdu. Bunun ağır nəticələrinin nə olduğunu çox gözəl bilirik. Elə bu səbəbdən Azərbaycan İran-İsrail münaqişəsinin dinc yolla tənzimlənməsi üçün əlindən gələn hər şeyi etməyə hazırdır. İndiki məqamda sərhədlərin bağlı olması daha böyük aktuallıq kəsb edir. Təkrar edirəm, bu, ilk növbədə Azərbaycanın təhlükəsizlik maraqlarına xidmət göstərir”, — o bildirib.

Elman Nəsirov vurğulayıb ki, iyunun 13-nə keçən gecə İsrail dövləti İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar regionda vəziyyəti kritik həddə çatdırıb: “Azərbaycan dövlətinin də məlum böhranla bağlı konkret mövqeyi var və Azərbaycanın  xarici işlər naziri həmin mövqeyi ifadə edib. Azərbaycan dövləti İsrail-İran münaqişəsinin sülh yolu ilə, diplomatik vasitələrlə həlli ideyasını dəstəkləyir,  eyni zamanda, xüsusilə, mülki əhaliyə, mülki obyektlərə qarşı zərbələr endirilməsinin əleyhinədir, bundan çəkinməyə çağırır. Azərbaycan eskalasiyanın tezliklə bütün diplomatik vasitələrdən istifadə etməklə həll edilməsini dəstəkləyir. Biz bu mövqeyin daşıyıcısıyıq”.

Aytəkin Qardaşova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://pravda.az
archiveBu xəbər 17 İyun 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

KDÇ: “Çelsi”dən uğurlu start

17 İyun 2025 01:19see161

Xərçəng xəstəliyinə qarşı “Troya atı”

15 İyun 2025 23:21see154

İsrail İran müharibəsi necə bitəcək? İLGİNC SSENARİ KONKRET

16 İyun 2025 17:59see153

Netanyahu: İran nüvə silahını Husilərə ötürmək niyyətində idi

15 İyun 2025 22:02see146

İsrail İran qarşıdurması yaxın saatlarda bitəcək

16 İyun 2025 12:22see132

Qəbələdə QƏTL: Həmkəndlisini öldürdü

16 İyun 2025 06:26see129

Tahir Budaqov: Azərbaycan qlobal miqyasda dialoq və əməkdaşlığı təşviq edir

15 İyun 2025 21:03see125

Bolqarıstandan olan deputat: Şuşada olmaqdan böyük şərəf duyuram

15 İyun 2025 20:23see123

“Qalatasaray”ın istədiyi qapıçı qərarını verdi

16 İyun 2025 15:40see122

“Astara”da Belarus vətəndaşlarının təxliyəsi həyata keçirilib

16 İyun 2025 19:39see122

“Nitsa”nın forvardı Türkiyə yolunda

15 İyun 2025 23:27see121

Fənərbaxça rusiyalı futbolçunu istəyir

15 İyun 2025 22:44see120

Əməliyyatlar daha dağıdıcı olacaq

16 İyun 2025 13:18see120

Yadplanetlilərin işğalı: Kolumbiyada səmada sirli top tapıldı

17 İyun 2025 01:17see120

Trabzonspor üzvü evləndi və sosial şəbəkədə bunu etdi

16 İyun 2025 07:02see117

İsrail İran müharibəsi daşları yerindən tərpədə bilər Proqnoz

16 İyun 2025 15:59see116

“Qlobal imperializmin pulla tutulan əsgərləri...” Kem Çen In İsraili hədələdi

16 İyun 2025 16:21see114

Avropa Komissiyasının sədri Trampla G7 sammitində görüşü barədə danışıb

17 İyun 2025 10:41see113

Qadınların sağlamlığına nə təsir edə bilər..?

15 İyun 2025 22:36see113

Alkoqol qadınlarda beynin immun müdafiəsini kişilərdən daha çox zədələyir

16 İyun 2025 17:08see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri