Icma.az
close
up
RU
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək

Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.


Bir müddət əvvəl amerikalı milyarder İlon Maskın narahatlığı ilə bağlı Rusiyanın ona verdiyi cavab ABŞ və Avropa mediasında bu gün də müzakirə edilir. Çünki Rusiya Ayda atom elektrik stansiyası (AES) tikəcəyini gizlətməyib.
Reyting.az
Qərb mətbuatına istinadla bildirir ki, bəzi ölkələrin elmi mərkəzləri yalnız tədqiqat aparmaq məqsədi ilə Ay planetinə qayıdışla bağlı müzakirələr aparsa da, Rusiya artıq orada hərbi strateji təyinatlı obyekt, yəni AES yerləşdirməyi planlaşdırır.
"Roskosmos" şirkətinin ambisiyaları bununla da bitmir - yeni rus orbital stansiyası Beynəlxalq Kosmik Stansiyanı (BKS) əvəz edəcək və məqsədlər siyahısına gələcəkdə Venera planetinə missiyalar, eyni zamanda peyk texnologiyalarının inkişafı daxildir.
Rusiya tərəfindən bildiriblər ki, bir neçə irimiqyaslı layihələr yaxın illərdə Rusiya kosmik sənayesində baş verən inkişaf vektorunu müəyyən edəcək.
"Roskosmos"-un baş direktoru Dmitri Bakanov korporasiyanın əsas vəzifələrini, ən önəmlisi isə Ayda Rusiyanın ilk atom elektrik stansiyasının tikintisini xüsusilə qeyd edib. Onun sözlərinə görə, bu stansiya həm də elmə xidmət edəcək və gələcək yaşayış bazalarının, tədqiqat komplekslərinin enerji əsasına çevriləcək.
Paralel şəkildə, yeni və tamamilə müasir Rusiya orbital stansiyasının yaradılması üzərində də iş gedir. Bu sahədə iş aparan rusiyalı təmsilçilərin sözlərinə görə, yeni qərar beynəlxalq platformanın xidmətdən tədricən çıxarılması üçündür və yüksək texnoloji muxtariyyət ehtiyacı ilə bağlıdır.
"Qarşımızda duran əsas vəzifələrdən biri də Beynəlxalq Kosmik Stansiyanı əvəz edəcək yeni Rusiya orbital stansiyasının yaradılması və Ayın səthində ilk dəfə atom elektrik stansiyası yerləşdirməkdir. Bu, gələcək Ay bazaları üçün təməldir",- deyə "Roskosmos"-un baş direktoru əlavə edib.
Bundan əlavə, D. Bakanovun fikrincə, Rusiya Veneranı və yalnız Rusiya kosmik gəmisinin uğurla endirə biləcəyi bir planetin tədqiqinə yenidən qayıtmaq niyyətində israrlıdır. Üstəlik, bu, ekstremal planet mühiti şəraitində də unikal yerli təcrübə olacaq.
"Rosatom" artıq "Roskosmos" şirkətindən təkcə Ayın tədqiq edilməsi üçün yox, orbitdə və digər planetlərdə də AES-lərlə bağlı böyük təkliflər alıb. Rusiya tərəfinin fikrincə, bu açıqlamalar həm də amerikalı milyarder İlon Maska konkret cavabdır.
Bakanov sonda qeyd edib ki, Rusiya artıq gələcəyin enerjisini sözün əsl mənasında kosmosa daşıyır. Orbitə irəliləyən hər bir layihə isə uğurlu gələcək və inkişafdan xəbər verir.
Oqtay QORÇU
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://reyting.az
archiveBu xəbər 17 İyun 2025 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see968

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see434

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see336

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see255

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see242

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see240

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see232

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see222

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see211

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see207

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see203

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see196

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see194

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see191

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see189

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see188

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see184

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see182

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri