Icma.az
close
up
RU
Quru sərhədlərin bağlı olması turizmdə davamlı durğunluq yaradıb Samir Dübəndi

Quru sərhədlərin bağlı olması turizmdə davamlı durğunluq yaradıb Samir Dübəndi

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

“2019-cu ildə Azərbaycana gələn turistlərin təxminən 70 %-ə qədəri quru sərhədlər vasitəsilə daxil olurdu. Sərhədlərin bağlı qalması bu axının faktiki olaraq kəsilməsinə səbəb olmuşdur.Azərbaycan 2018–2019-cu illərdə “İpək Yolu Turizm Marşrutu” çərçivəsində Gürcüstan–Azərbaycan–İran xətti üzrə Asiyadan (xüsusilə Çin, Koreya və Malayziya) gələn turist qruplarının əsas tranzit məntəqələrindən birinə çevrilmişdi. Bu turistlər quru yolla ölkəyə daxil olub, mədəni-tarixi marşrutla səyahət edirdilər”.
Bunu Demokrat.az-a "Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri, "Azərbaycan Ekoturizm Assosiasiyası”nın İcraçı direktoru Samir Dübəndi deyib.
Onun sözlərinə görə, quru sərhədlərin qapalı qalması nəticəsində bu marşrut faktiki olaraq dayanıb və turist axını yalnız Gürcüstan–Ermənistan xəttinə yönəlib. Beləliklə, Azərbaycan İpək Yolu turizmindən aldığı payı demək olar ki, itirib:

“Asiya ölkələrindən gələn turistlər uzunmüddətli və çoxölkəli marşrutlara üstünlük verir. Quru sərhəd məhdudiyyətləri səbəbindən bu turistlər Azərbaycanı marşrutdan çıxararaq Gürcüstan-Ermənistan alternativinə yönəlirlər. Bu, regional turizm rəqabətində Azərbaycanın geosiyasi üstünlüyünü zəiflədir.Azərbaycanın quru sərhədlərinin pandemiyadan 4 il sonra belə bağlı qalması turizm sektorunda davamlı durğunluq yaradıb. Hüquqi əsaslandırma mövcud olsa da, iqtisadi və regional təsirlər bu qərarın uzunmüddətli davamının mənfi nəticələr verdiyini göstərir. Xüsusilə İpək Yolu marşrutlarında və Asiyadan gələn qrup turistlər arasında Azərbaycanın önəmi zəifləməkdədir”.
Ekspert qeyd edib ki, 2024-cü ildə Rusiyadan Azərbaycana gələn turistlərin sayı 731 009 nəfər təşkil etmişdir. Bu göstərici 2023-cü illə müqayisədə 17 % artım deməkdir:
“Bu artıma baxmayaraq, quru sərhədlərin bağlı qalması Rusiya vətəndaşlarının Azərbaycana səfərlərinə müəyyən məhdudiyyətlər gətirmişdir. Əvvəllər quru yollarla səyahət edən turistlər, xüsusilə Dağıstan, Çeçenistan və Stavropol bölgələrindən olanlar sərhədlərin bağlı olması səbəbindən hava nəqliyyatına yönəlmiş və bu da səyahət xərclərinin artmasına səbəb olmuşdur.Nəticədə, bəzi turistlər alternativ marşrutlara, məsələn, Gürcüstan və Türkiyəyə üstünlük vermişlər. Bu vəziyyət, Azərbaycanın regional turizm rəqabətində müəyyən dərəcədə geridə qalmasına səbəb olmuşdur.Ümumilikdə, Rusiyadan gələn turistlərin sayında artım müşahidə olunsa da, quru sərhədlərin bağlı qalması bu artımın potensialını məhdudlaşdırmışdır.
Vəziyyəti dərindən təhlil edərkən bir sıra tövsiyələrin ortaya çıxmasının şahidi oluruq. Bir neçə misalla bunları izah etmək istərdim: qrup və individual turistlər üçün "xüsusi sərhəd keçidi" rejimi tətbiq etmək, regionda Gürcüstanla birgə “turizm dəhlizi” layihəsi inkişaf etdirmək, Dağıstan və Şimali Qafqaz regionlarına yönəlik xüsusi turizm təşviqi proqramlarının hazırlanması və 2025-ci ildən etibarən mərhələli sərhəd açılması planlaşdırılması və ictimaiyyətə aydın strategiya təqdim edilməsi məqsədəuyğun olardı”.
Cavidan Mirzəzadə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 İyun 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri