Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Xarici ticarət: ixrac və idxal azalır

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

QURUCULUQ İŞLƏRİ İLƏ ERMƏNİ VANDALLIĞININ İZLƏRİ DƏ QARABAĞDAN SİLİNİR

QURUCULUQ İŞLƏRİ İLƏ ERMƏNİ VANDALLIĞININ İZLƏRİ DƏ QARABAĞDAN SİLİNİR

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin doğum gününü  gözəl Qarabağımızda qeyd etdilər. Bərpa-quruculuq işlərinin bənzərsiz miqyası və əhatə dairəsi nəinki özümüzü, hətta ən qatı bədxahlarımızı da heyrətləndirməyə bilmir. Gözlərimiz önündə gerçəkləşən  “Böyük Qayıdış” Proqramının hər layihəsi milli-mənəvi dəyərlərimizə sarsılmaz bağlılığın, Dövlətin öz vətəndaşına həssas və qayğıkeş münasibətinin əyani nümayişidir. 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin, Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışını etdilər, elə həmin gün Şuşada inşa olunacaq dördüncü yaşayış kompleksinin təməlini qoydular. Səfər çərçivəsində “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin istismara verilməsi, yerli əhali üçün iş yerlərinin yaradılması bir daha göstərir ki, “Böyük Qayıdış” Proqramında insanlarımızın rahat və layiqli yaşayışı üçün ən xırda detallar belə nəzərə alınıb. İşğal dövründə erməni vandallarının torpaqlarımızda törətdiyi vəhşiliyin acımasız izləri icra olunan hər layihə ilə  Qarabağdan və Şərqi Zəngəzurdan həmişəlik silinir. Xarici qonaqların bir ağızdan “Qafqazın Xirosiması” adlandırdıqları Ağdamda aparılan quruculuq işləri yağı düşmən təfəkkürü ilə əsl ev sahibinin öz torpağına münasibəti arasındakı fərqi dünyaya  bir daha nümayiş etdirir. Prezident İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin, eləcə də Kəngərli kəndinin birinci mərhələsinin açılşını etdi, ilkin olaraq 292 fərdi evin açarı keçmiş məcburi köçkünlərə təqdim olundu. Kəngərlidə inşa edilən 484 şagird yerlik tam orta məktəb, körpələr evi-uşaq bağçası, klub-icma mərkəzi, habelə yerli icra strukturları üçün çoxfunksiyalı inzibati bina da yerli əhalinin istifadəsinə verildi. Ağdam Muğam Mərkəzinin açılışı isə həm də o deməkdir ki, “Qarabağ Şikəstəsi”nin sədası muğam beşiyimiz olan Ağdamda, Qarabağda bundan sonra əbədi səslənəcək. Prezident İlham Əliyev 32 ildən sonra Kəngərliyə qayıdan əhali ilə görüşündə Muğam Mərkəzinin milli yaddaşımız üçün nə qədər əhəmiyyətli olduğunu xüsusi vurğuladı: “Muğam Mərkəzini Ağdamda ilk layihələrdən biri kimi inşa etməyimiz bizim mənəvi köklərə bağlı olduğumuzu göstərir. Yəni, bizi millət kimi, xalq kimi saxlayan bizim musiqimiz, dilimiz və əyilməz ruhumuz olub”.  

Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, bir tərəfdən, torpaqlarımızdan erməni vəhşiliyinin izlərini silir, digər tərəfdən, cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycanın işğalçı Ermənistan və himayədarları üzərində mütləq və tam qələbə qazandığını bütün dünyaya, o cümlədən bədxahlarımıza dönə-dönə xatırladır. Prezident İlham Əliyev üç il əvvəl Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayında Qələbənin arxasında dayanan tarixi həqiqəti açıq mətnlə belə ifadə etmişdi: “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür”.

Son iki əsri də aşan tariximizdə milli qürurumuzun və ədalətin təntənəsini ifadə edən bu tarixi Zəfər asan başa gəlmədi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Bu tarixi Qələbənin təməlində Ulu Öndər Heydər Əliyevin Azərbaycanı parçalanmaqdan, xalqımızı isə vətəndaş müharibəsi təhlükəsindən qoruyan fədakar Xilaskarlıq missiyası dayanır! Əgər bu, baş verməsəydi, müstəqil Azərbaycanla bağlı dövlətçilik təfəkkürü o zamankı siyasət oyunbazlarının səriştəsizliyinə, hərc-mərcliyinə və mənəm-mənəmliyinə qurban gedəcəkdi. Azərbaycanın qazandığı möhtəşəm Qələbə ilə bir daha sübut olundu ki, Ulu Öndər Heydər Əliyevin Xilaskarlıq missiyası bu gün də yaşayır, siyasi varisi Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən inamla davam etdirilir. Prezidentin Kəngərli kəndinin sakinləri ilə görüşündə səsləndirdiyi növbəti açıqlama onun Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Dövlət Xadimi ərkanına ruhən və tərəddüdsüz bağlı olduğunu bir daha təsdiq edir: “Çünki bu, mütləq və tam Qələbədir. Nə o Qələbəyə qədər onilliklər ərzində, nə ondan sonra keçən 4-5 il ərzində mütləq və tam qələbə heç kim tərəfindən qazanılmamışdır. Bunun əsas səbəbi Azərbaycan xalqının əyilməz ruhudur. Bax, mən bunu sizə açıq deyirəm. Hər birimizin payı var. Əlbəttə, Ali Baş Komandan, bütün əməliyyatlara və bütün işlərə rəhbərlik edən şəxs kimi mənim payım da var, təbii olaraq, amma hər birimizin. Çünki xalq arxamda durmasaydı, əgər müharibə dövründə hər hansı bir tərəddüd hiss olunsaydı, yaxud da ki, cəmiyyətdə hər hansı bir fikir ayrılığı olsaydı, bu Qələbəni belə şəraitdə, belə ağır vəziyyətdə qazanmaq mümkün olmazdı”. 

 Bu açıqlama bir çoxları üçün əlçatmaz olan ən böyük nailiyyətin-möhtəşəm ümumxalq birliyinin tarixi Qələbəmizin qorunması və gələcək uğurlarımız üçün yeganə təminat düsturu olduğunu təsdiq edir. Prezident İlham Əliyevin Ağdam Muğam Mərkəzində səsləndirdiyi növbəti fikir isə Azərbaycanda Lider və Vətəndaş birliyini görməzdən gələn dairə və ölkələrə ən tutarlı ayıltma mesajıdır: “Təsadüfi deyil ki, Azərbaycana dünyada olan münasibət, -hətta bizə düşmənçilik edən dairələr, qüvvələr, ölkələr bilirlər ki, biz ləyaqətli xalqıq, hörmətə layiq olan xalqıq və bizimlə hesablaşmaq lazımdır. Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur”. 

Ermənistanda hələ də revanş hissi ilə yaşayan siyasət dəllalları, sözdə sülhdən danışsa da, əməldə kütləvi silahlanma yolunu seçmiş Ermənistan hökuməti, açıq və ya gizli şəkildə onlara himayədarlıq edən dairə və ölkələr  bilməlidirlər ki, Qarabağdan erməni vəhşiliyinin izləri tədricən silinsə də, nə bu cinayətlər, nə Xocalı soyqırımı, nə də separatizmin qızışdırılmasında  əli olanların heç biri Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək! Yeni məkrli oyunları ilə sülhə mane olmağa və Cənubi Qafqazı qarışdırmağa çalışanlar onu da bilməlidirlər ki, Azərbaycan Prezidentinin siyasi iradəsi və xalqımızın birliyi qarşısında növbəti dəfə kapitulyasiya etməyə məcbur olacaqlar!

Ülvi Quliyev,                                                                                     

Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://adalet.az
archiveBu xəbər 13 May 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see231

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see228

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see207

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see206

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see196

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see193

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see189

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see187

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see165

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see158

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see158

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see158

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see153

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see148

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see137

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri