Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Qurutduğu Urmiya gölü üzərindən dezinformasiya yayan İran, qonşularını bulud oğurluğu nda günahlandırır

Qurutduğu Urmiya gölü üzərindən dezinformasiya yayan İran, qonşularını bulud oğurluğu nda günahlandırır

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

"İranda iqlim dəyişikliyinə görə İsrail, Türkiyə və Bakı günahkardır!"- Əli Xameneinin ofisinin nəşri "Kayhan" yazıb. Dərc edilən məlumatda bildirib: "Hazırda Türkiyədəki 75 İsrail şirkəti İranın iqlim dəyişikliyi layihəsinə fokuslanıb. Peyk müşahidələri göstərir ki, əvvəllər Aralıq dənizindən keçən və Türkiyədən sonra İrana daxil olan buludlar indi İran sərhədlərinə çatmadan Bakıya doğru yönəldilir". Qeyd edək ki, burada gedən yazılar İranın rəhbəri Əli Xameneinin başçılıq etdiyi mühafizəkar qanadın - SEPAH və ETTELAAT-ın mövqeyini əks etdirir.

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranın SEPAH VƏ ETALAT təşkilatlarının maraqları çərçivəsində yazılar hazırlanır və kütlənin düşüncələri yönləndirilməyə çalışılır, bu da onun 46 illik fəaliyyətində bütün istiqamətlərdə özünü göstərib.

Sadiq İsabəyli

“Qəzetin baş redaktoru Hüseyn Şəriətmədari bu iddia ilə çıxış edib ki, Aralıq dənizindən İrana tərəf gedən buludların İsrail və Türkiyə şirkətləri tərəfindən Azərbaycana yönləndirilir və əraziyə çatmadan bu buludlar oğurlanır. Bu bir növ sadəcə əsassız ittihamdan başqa bir şey deyil. Çünki konkret olaraq ciddi faktlar mövcuddur ki, söhbət hər hansı bir iqlim dəyişikliyindən getmir. Bilirsiniz ki, o bölgədə yerləşən Urmu Gölü var və artıq demək olar ki, bu rejim Urmu gölünü qurutdu. 25 illik bir fəaliyyətin nəticəsində bir gölü o vəziyyətə saldılar. Gölün ətrafında yüzdən çox su bəndləri tikilib və gölə axıdılan suların qarşısı bu şəkildə alınıb. Əgər 100 su bəndi Urmu gölünün ətrafında tikilirsə və orada yığılan sular başqa yerə axıdılırsa, başqa ərazilərə göndərilirsə, söhbət ondan getmir ki, orda yağış yoxdur. Məsələn; deyək ki, qışda qar yağmır, payızda yağış yağmır və yaxud yazda yağış yağmır. Xüsusilə, Güney Azərbaycan bölgəsi dağlıq ərazi olduğu oranın iqlimi normal şəkildə fəsillərə uyğun olaraq yağış və qarla təbii olaraq təmin olunur. Amma rejimin Urmu gölünün qurudulması ilə bağlı planları var idi və o planları həyata keçirərək, etirazlara baxmayaraq, ona da nail oldular.

Güney Azərbaycanda çox milyonlu etirazlar keçirildi. Milli fəallarımız bundan bağlı həbs olundu. İnsan haqlarını qoruyan beynəlxalq təşkilatlara, bu iqlimlə bağlı ətraf mühiti qoruyan təşkilatlara və BMT-nin özünə Urmu gölünün vəziyyəti haqqında illərdir, Güney Azərbaycanla bağlı fəaliyyət göstərən təşkilatlar, o cümlədən Dünya Azərbaycan Milli Azadlıq Cəbhəsi dəfələrlə sənədli yazılar hazırlayıb, göndəriblər. Urmu gölünün vəziyyəti ilə bağlı onlara bilgi verilib, rejimin özünə dəfələrlə xəbərdarlıq edilib. Amma seçkidən seçkiyə gəliblər və vədlər veriblər ki, “biz bu məsələni həll edəcəyik. Urmu gölünün bərpası çətin bir iş deyil. Biz sizlərin yardımı ilə yeni suvarma sistemi gətirəcəyik. Burda bu ərazilərdə quraşdıracağıq və əkinçilərə yardım edəcəyik. Maldarlıq sahəsində çalışan insanlara yardım edəcəyik ki, su mənbələrindən düzgün istifadə olunsun və s.”-deyən Sadiq İsabəyli qeyd edib ki, bütün bu vədlər əməldə özünü göstərməyib, sözdə qalıb.

Sadiq İsabəylinin fikrincə, “Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədarinin bu iddia ilə çıxış etməsi onu göstərir ki, onlar Güney Azərbaycana olan düşmənçilik siyasətini ört-basdır etmək istəyirlər, Azərbaycanlılara düşmən kimi İsrail və Türkiyəni göstərmək istəyirlər və eyni halda Quzey Azərbaycanı göstərmək istəyirlər.

Sadiq İsabəyli qeyd edib ki, bu bir ideoloji aparatın təbliğatıdır və burada da çalışırlar ki, öz siyasətlərinin çirkinliyini ört-basdır etsinlər: “Çalışırlar ki, bunu belə əsaslandırsınlar ki, burada onların, yəni o bölgədə su ilə bağlı hər hansı bir problem varsa, bu onların suçu deyil, onlar çalışıblar, amma bu çalışmalar nəticəsiz qalıb. Çünki, bu bölgədə olan buludlar başqa bölgələrə göndərilir, yönləndirilir. Bu da necə deyərlər, kökündən yalandır, iftiradır və sadəcə o kütlənin düşüncəsini, beynini qarışdırmaq məqsədilə edilən mənasız açıqlamalardır. Çox təəssüf ki, onlar düşünürlər ki, biz əgər bu kimi təbliğatları aparsaq, Güney Azərbaycanda yaşayan əhali bu təbliğatlara inanacaqlar. Amma biz sosial mediaya baxanda biz görürük ki, bu kimi açıqlamalara insanlarımız çox ciddi şəkildə etiraz edir, onların şüurlarında təhqir kimi dəyərləndirilir. Bir çox dövlətlər, o cümlədən Yaponiya dövləti, Avropa dövlətləri yardım etdilər. Amma bu yardımlar qəbul edilib, başqa yerlərə xərcləndi. Beləliklə göl qurudu”.

Sadiq İsabəyli bildirib ki, bu gün Güney Azərbaycanın bir çox bölgəsində su qıtlığından danışılırsa, məsələn deyirlər ki, Təbrizin suyu ancaq 75 gündən sonra olacaq, bu da ağ yalandan başqa bir şey deyil, çünki orda su var: “O ərazilər çöllük ərazisi deyil ki, deyəsiniz ki, məsələn il ərzində heç bir yağış olmur, heç bir su qaynağı yoxdur. O bölgənin iqlimi şimali Avropa iqlimi kimidir. Finlandiyanın iqlimi kimidir. Yəni suyu da boldur, qar yağıntıları da çoxdur.

Məsələn; Ərdəbil bölgəsi payız bitmədən artıq ora qar yağmağa başlayır. Urmu Gölünün dağları qış fəslində qarla dolu olur. Yaz-yay fəslində artıq suya dönür və o bölgədə bütün su ehtiyaclarını təmin edə biləcək bir şəraiti yaradır. Amma biz görürük ki, bu sular yeraltı tunellərlə fars mərkəzli bölgələrə axıdılır. Suyu tunellərə vururdular ki, o tunellərdən suların doğru paylanması məsələsi gündəmə gətirilsin və ədalətli şəkildə sular paylansın. Amma biz bunun da şahidi olmadıq. Yəni Güney Azərbaycanın bütün su qaynaqları fars bölgələrinə yeraltı tunellərlə ötürülür və insanların da bu haqda heç bir bilgisi yoxdur. Fars-molla rejimi Güney Azərbaycanda böyük cinayət əməlini həyata keçirir, Azərbaycanı susuzlaşdırmaq üçün əlindən gələn bütün cinayətləri edir və bu cinayətlərdən özünü günahsız göstərmək üçün də yeni bir düşmən obrazı yaratmağa çalışır. Həmin düşmən obrazın içində də İsrail və Türkiyə birinci yerdə durur. Azərbaycanda dövlət olaraq onlardan sonra gəlir”.

Siyasi şərhçinin fikrincə, məqsəd də bundan ibarətdir ki, 46 illik İsrail dövlətinə qarşı apardıqları nifrət kampaniyası insanların zehnində yerləşdirib, o nifrəti həm də Türkiyə və Azərbaycana yönləndirə bilsinlər.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Avqust 2025 23:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see262

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see247

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see239

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see218

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see205

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see200

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see183

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see178

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see171

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see166

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see164

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see162

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see154

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see152

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see142

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see142

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see141

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see141

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see136

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri