Quş qripi sürətlə YAYILIR Yüzminlərlə toyuq tələf oldu
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Nepalda "H5N1" ştammı olan quş qripi infeksiyasının sürətlə yayılması fonunda ölkə miqyasında təxminən 570 min ev quşu və 989 min yumurta məhv edilib.
Bizim.Media xəbər verir ki, bu barədə "The Kathmandu Post" qəzeti məlumat yayıb.
Paytaxt Katmanduda yerləşən ölkənin yeganə zooparkı isə ölü qarğada təhlükəli virusun aşkarlanmasından sonra ziyarətçilərin üzünə bağlanıb. Rəsmilər ölkədə toyuq əti və yumurta tədarükündə ciddi qıtlıq yarana biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.
Məlumata görə, Nepal rəsmiləri bu ilin ilk yüksək patogenli "H5N1" virusu faktının martın 18-də qeydə alındığını bildiriblər. Qısa müddət ərzində epidemiya ölkə daxilində 11 fərqli bölgəyə və 100-dən çox quşçuluq təsərrüfatına yayılıb.
Epidemiyanın qarşısını almaq və xəstəliyin insanlara keçmə riskini minimuma endirmək məqsədilə hökumət kəskin karantin tədbirlərinə başlayıb.
Rəsmi statistikaya görə, indiyədək 569 min 858 qanadlı ev quşu tələf olub. İnfeksiya ocağı hesab edilən fermalardan yığılmış 989 min ədəd yumurta dövriyyədən çıxarılaraq məhv edilib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 01 İyul 2026 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















