Icma.az
close
up
RU
“Qusar Aqropark”ın ilk rezidenti qeydə alınıb

“Qusar Aqropark”ın ilk rezidenti qeydə alınıb

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) yaratdığı “Qusar Aqropark”ın rezidenti “Fresh Garden Quba” MMC-yə qeydiyyat şəhadətnaməsi təqdim edilib. Aqropark Qusar rayonunun Cağar kəndində, Kuzunqışlaq bələdiyyəsinin ərazisində yerləşir.

Mərasimdə ATM-in direktor müavini Namiq Şalbuzov ölkəmizdə aqroparkların inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda ixracyönümlü aqrobiznesin və aqropark modelinin inkişaf etdirilməsi, aqroparkların yeni inkişaf modelinə keçidinin dəstəklənməsi, investisiya təşviqi mexanizmlərinin və güzəştli maliyyələşdirmə alətlərinin genişləndirilməsi, həmçinin subsidiya mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər nəzərdə tutulub.

“Qusar Aqropark” haqqında məlumat verən mərkəzin aqrar sahənin dayanıqlı inkişafı və proqnozlaşdırılması bölməsinin rəhbəri Elvin Ağayev aqroparkın fəaliyyəti, strateji yerləşməsi, yaradılmış superintensiv meyvə bağları, tətbiq olunan innovativ yanaşmalar və perspektiv inkişaf istiqamətləri barədə məlumat verib. Qeyd olunub ki, aqroparkda bitkiçilik təsərrüfatının yaradılması, müasir texnologiyaların və aqrotexniki üsulların tətbiqi ilə kənd təsərrüfatı məhsullarının istehsalı, bu sahə ilə əlaqəli fəaliyyətlərin həyata keçirilməsi və müvafiq xidmətlərin göstərilməsi planlaşdırılır.

Diqqətə çatdırılıb ki, ümumi ərazisi 77 hektar təşkil edən aqroparkın ərazisində alma, nektarin, şaftalı və gilas bağlarından ibarət intensiv meyvə təsərrüfatı salınıb. Gələcəkdə bağ sahələrinin 110 hektaradək genişləndirilməsi və meyvə çeşidlərinin artırılması nəzərdə tutulur. Bununla yanaşı, parkda 6 min 500 ton tutuma malik müasir soyuducu anbarın və saatda 12 ton məhsul çeşidləmə və qablaşdırma gücünə malik xəttin yaradılması planlaşdırılır.

Mərasimin sonunda ATM-nin direktor müavini Namiq Şalbuzov “Qusar Aqropark”ın rezidenti “Fresh Garden Quba” MMC-nin direktoru Samir İsmayılova qeydiyyat şəhadətnaməsini təqdim edib.

Qeyd edək ki, hazırda ölkədə aqropark statusuna malik təsərrüfatlar fəaliyyət istiqamətlərindən asılı olaraq bitkiçilik, heyvandarlıq, emal, çeşidləmə və qablaşdırma üzrə ixtisaslaşıb. Bu təsərrüfatlarda taxıl məhsulları, ət və ət məhsulları, süd və süd məhsulları, bitki yağları və heyvan yemləri də daxil olmaqla geniş çeşiddə kənd təsərrüfatı məhsulları istehsal olunur. Aqroparklarda istehsal edilən məhsullar həm yerli, həm də xarici bazarlarda satılır.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2026 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri