Icma.az
close
up
RU
Qusar sakini sosial yardım verilməməsindən ŞİKAYƏTÇİDİR Prezidentə müraciət

Qusar sakini sosial yardım verilməməsindən ŞİKAYƏTÇİDİR Prezidentə müraciət

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qusar rayonu, Kuzunqışlaq kənd sakini Qəribova Gita Ulubəy qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına növbəti şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb. Müraciəti olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Yazıb bildirmək istəyirəm ki, ünvanlı sosial yardım üçün aidiyyəti quruma müraciət etmişdim. Mənə cəmi 2 ay ünvanlı sosial yardım verildi, sonra isə müavinətim kəsildi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan mənə qane edilməyən cavab verildi. Qurumun cavabını olduğu kimi qeyd edirəm:

“Qusar rayon sakini Qəribova Gita Ulubəy qızının ünvanlı sosial yardımla bağlı elektron sistemə sonuncu müraciətinə əsasən ailəyə 1 avqust 2024-cü il tarixindən 532.55 məbləğində ünvanlı sosial yardım təyin olunub. Ailənin sosial yardım almaq hüququna yenidən baxılarkən müəyyən edilib ki, Qəribova Gita Ulubəy qızının məşğulluğu torpaq pay mülkiyyəti ilə təmin edilsə də, sahibkarlıq fəaliyyəti üzrə gəlirlərinə dair “ərizə-bəyannamə”də qeyd olunmuş məlumatların təsdiqini tapmadığı aşkar edildiyinə görə ailəyə təyin edilmiş sosial yardım 29.10.2024-cü il tarixində dayandırılıb”.

Qeyd edim ki, mən və bacılarım eyni vaxtda nazirliyə müraciət etmişdik. Mənə qaranlıq qalan odur ki, eyni sənədlərlə digər bacılarım müavinət alır, mən isə ala bilmirəm. Bununla bağlı nə edəcəyimi də mənə demirlər.

Xahiş edirəm, məsələ ilə bağlı tapşırıq verəsiniz”.

Aynurə MUSTAFAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 Yanvar 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri