Icma.az
close
up
RU
BAKI SAKİNİ “PAŞA SIĞORTA”DAN ŞİKAYƏTÇİDİR Prezidentə müraciət / Fotolar

BAKI SAKİNİ “PAŞA SIĞORTA”DAN ŞİKAYƏTÇİDİR Prezidentə müraciət / Fotolar

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Bakı şəhər sakini Ağayev Yusif Hafiz oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məkrubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edir:

“Cənab Prezident!

Sizə “Paşa sığorta” şirkətinin mənə qarşı qaldırdığı məhkəmə iddiası ilə bağlı məlumat vermək istəyirəm.

Bildirim ki, 2018-ci ildə idarə etdiyim “Toyota Vitr” markalı minik maşını ilə “Baku Bus” şirkətinə məxsus avtobus toqquşub. Toqquşma nəticəsində avtobusa dəymiş ziyana görə yazılmış aktdan narazıyam. Avtobus “Paşa sığorta” şirkətində sığortalandığı üçün “Baku Bus” şirkəti zərər aktını “Paşa sığorta” şirkətinə göndərib. “Paşa sığorta” isə öz növbəsində dəymiş zərərin ödənilməsi üçün məhkəməyə müraciət edib.

Fikir verin, hadisədən 2 il 10 ay sonra, yəni qəza yerindən görüntülər artıq itdikdən sonra məhkəməyə müraciət olunur. “Paşa sığorta” şirkəti “Baku Bus” tərəfindən yazılmış aktı yoxlamadan, göstərilən məbləği (22.692 manat) köçürmüşdür.

“Paşa sığorta” şirkəti dəymiş ziyanı ödəmək üçün məni məhkəmə prosesinə cəlb etdi. Məhkəmə prosesi zamanı hakimdən ekspertin təyin olunmasını xahiş etdim. Tərtib olunmuş akt çox pirimitiv və şişirdilmiş rəqəmlərlə yazılmışdır. Ekspert aktda göstərilən 22.692 manat vəsaitdən 7 min manatın silinməsini aşkarladı və qeyd etdi ki, müəyyən edilmiş təmir işlərinin dəyərində dəyişiklik olunması istisna edilmir.

Məhkəmə ekspertin bu qeydinə fikir vermədi və mənim “işin yenidən ekspert rəyinə ehtiyac var” xahişimi rədd etdi. Dəyişdirilən detalların dəyərini təsdiqləyən sənədlər göstərilmədi.

Aktda sıra 3 - qabaq ön panelin (Q 3) bir ədədinin qiyməti 9.869 manata alınıb, heç bir qaimə sənədi və yararsız olduğunu təsdiq edən sənəd və ya görünüşü təqdim olunmur.

Sıra 21-də isə qabaq ön panelin təmirinə 285 manat pul ödənilib.

Sıra 8-də qabaq ön panelin sökülüb quraşdırılmaşı (Q3) üçün 276 manat ödənilib.

Sıra 7-də sağ yan güzgünün sökülüb quraşdırmasına 81 manat ödənilib, hansı ki, avtobusun sağ tərəfinə heç bir zədə olmayıb.

Güzgünün sökülüb təzədən yenidən bərkidilməsinin necə 81 manata başa gəldiyini soruşan olmadı.

Akt belə yalan və şişirdilmiş rəqəmlərlə yazılıb. Mənim etirazımı dinləyib, amma qərarda heç bir dəyişiklik etmədilər.

Avropanın aparıcı dövlətlərində təmir işlərində belə qiymətlər yoxdur, amma “Baku Bus” şirkətində var.

Aktın 3-cü sırasında qeyd etdiyim kimi qabaq ön panel (Q 3) təzə alınıb - 9.869 manat ödənilib. İndi baxırıq, sıra 10 - qabaq ön panelin rənglənməsi (Q 3) üçün 255.00 manat ödənilib.

Avtobusun qabaq ön paneli heç bir konfiqurasiyası olmayan list dəmirdir, əgər panelin yenisi alınıbsa onu o zaman niyə rəngləyirlər? Akt belə absurd rəqəmlərlə yazılıb, nə ekspert, nə də məhkəmənin hakimi bu absurd rəqəmlərə fikir vermədilər. Ona görə ki, tələbkar qüdrətli “Paşa Sığorta”dır, cavabdeh isə pensiyaçı.

Mənim 392 manat olan pensiyama inkassa qoyulub, 50 faiz, yəni 196 manat pul avtomatik olaraq “Paşa Sığorta”nın lehinə tutulur.

Cənab Prezident!

Bu qədər yükləmələr azmış kimi, həm də mənim ölkədən çıxışıma məhdudiyyət qoyulub. Bu səbəbdən, karqo şirkətində işim dayanıb. Bir ailə başçısı olaraq 196 manat pensiya ilə necə dolanım?!

“Paşa Sığorta”dan xahiş etdim ki, mənim harada olmağımdan asılı olmayaraq, pensiyamdan tutulmalar avtomatik olur, ölkədən çıxışıma məhdudiyyəti aradan götürsün və ya bir işlə təmin etsin ki, onlara olan borcu tez ödəyə bilim. Buna da razılıq vermədilər.

“Paşa Sığorta” şirkətində səlahiyyətli şəxslərdən heç kəsin qəbuluna düşmək olmur.

“Baku Bas”da rəhbər dəyişikliyi olub. Bəlkə, 2018-ci ildə yazılmış o aktla bağlı normal fikir bildirən insan tapılar. Bu vəziyyətim barədəsində sizdən kömək istəyirəm”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:242
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 15 May 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri